Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9 % artıb.
Ednews xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” (tvitter) hesabında bildirib.
Məlumata görə, bunun da 8,6 milyard kubmetri Avropaya, 7,5 milyard kubmetri Türkiyəyə, 1,7 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
Nazirin sözlərinə görə, 9 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 4,3 milyard kubmetr qazla təchiz edib.