Yeni ildə bir sıra xidmət sahələri və ərzaq məhsullarının qiymətində artım gözlənilir.
Ekspertlər hesab edirlər ki, pandemiyadan sonra inflyasiyanın artması 2024-cü ildə də davam edəcək. Lakin artımla yanaşı, azalmalar da gözlənilir. Bu səbəbdən də bir sıra xidmət sahələri, ərzaq və qeyri - ərzaq məhsullarının qiymətində ciddi artım gözlənilir. Bu o deməkdir ki, Yeni ildə bahalaşma gözlənilir?
Bu barədə Ednews-a iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, ərzaq məhsullarının qiymətində hər il olduğu kimi, 30-40 faiz bahalaşma gözlənilir:
"Digər ölkələrdə şahidi oluruq ki, Yeni il ərəfəsi endirimlər olur, bizdə isə tam əksinə qiymət artımı davam etməkdədir. Bu əslində süni qiymət artımıdır. Tutarlı bir səbəb yoxdur artım üçün. Bazarda da qonşudan geri qalma prinsipi hökm sürür. Ümumiyyətlə, milli adət-ənənəyə görə ən kasıb təbəqə belə çalışır ki, süfrədə hər şey olsun. Sahibkar da bu prinsipləri nəzərə alaraq bilir ki, onsuzda alınacaq. Digər yandan da tez varlanmaq prinsipi var. Sabahdan axşama qədər stolun arxasında əyləşib məhsul satmaqdansa bunu baha satıb pulu 3-5 alıcının hesabına qazanır. Digər səbəb yanvar ayında əmək haqqı, təqaüdlərdə olacaq artımlardır".
Oguz