Yunanıstanın Mədəniyyət Naziri Lina Mendoni, qədim heykəllərin Afinaya qaytarılacağı təqdirdə Britaniya muzeyindəki "boşluğu dolduracaq" başqa əsərlərin də göndəriləcəyini açıqlayıb.
Ednews trthaber-ə istinadən xəbər verir ki, Yunanıstan naziri, Parthenon mərmərlərinin Afinada birləşəcəyi təqdirdə, ölkəsinin Britaniya Muzeyindəki "boşluğu doldurmaq" üçün ən böyük xəzinələrindən bəzilərini ayırmağa hazır olduğunu söylədi. Parthenonun bu günə qədər gəlib çatmış orijinal heykəllərinin təxminən yarısı Britaniya Muzeyindədir.
Baxmayaraq ki, Yunanıstan heykəllərin qaytarılmasını tələb edir. Lakin muzey rəhbərliyi bu çağırışa cavab vermir. 1800-cü illərin əvvəllərində Britaniya səfiri Tomas Bruce məbəddən parçalar və heykəlləri ölkəsinə gətirdi. Yunanıstandan 2400 kilometr uzaqlıqda yerləşən Londondakı Britaniya Muzeyində tarixi əsərlər nümayiş etdirilməyə başlayıb.
Xəyal Ramiz