XİN: Azərbaycan-Çin ənənəvi dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir

İqtisadiyyat 22:00 03.07.2024

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan və Çin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası münasibətlərimizin inkişafına böyük təkan verib və bu görüş bir daha göstərdi ki, Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir.

Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında deyib.

Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib.

Görüş zamanı, Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair qərar verib və Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə ilə çıxış ediblər.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında Kəmər və Yol Təşəbbüsü üzrə Əməkdaşlıq Planının formalaşdırılmasının birgə sürətləndirilməsinə dair Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının sübutudur. Eyni zamanda, Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarını ölkəyə gəliş vizasından azad etməsi və bunun növbəti mərhələdə qarşılıqlı olması barədə XİN-lər arasında işin aparılmasına dair razılıq turizmin və xalqlarımız arasında əlaqələrin artmasını təşviq edəcəkdir.

Həmçinin iki ölkə liderlərinin qarşılıqlı şəkildə Azərbaycan və Çinə dövlət səfərləri həyata keçirmək istiqamətində dəvətlərinin əlaqələrin inkişafına əlavə töhfə verəcəyi danılmazdır.

Əminik ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcəkdir. Strateji tərəfdaşlığımız eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəkdir.

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşə gəlincə, XİN rəsmisi bildirib ki, Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimadına əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib.

Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq səviyyəsi daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir.

Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycan-Pakistan-Türkiyənin yeni istiqamətlərdə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcək.

Ayxan Hacızadə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşünə də toxunub: "Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığı inkişaf edib.

Ölkələrimiz öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə sadiqlik əsasında qururlar.

İki ölkənin liderləri mütəmadi əsasda görüşür, qarşılılıq səfərlər həyata keçirirlər. Sonuncu dəfə, 22 aprel tarixində Prezident İlham Əliyev Rusiyada səfərdə olub və əhəmiyyətli görüşlər keçirib. Astanada keçirilmiş görüş iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi, əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planların müzakirəsi baxımından da faydalı olub. Dövlət başçıları həmçinin ŞƏT və digər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemləri nəzərdən keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə fəxri qonaq qismində qatılıb və Qazaxıstan Prezidenti ilə ikitərəfli görüş keçirib. Bu səfər və görüşə gəlincə, XİN rəsmisi qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Dövlətlərimiz arasında qardaşlıq münasibətləri və tarixi əlaqələr, istər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər qardaş ölkələrimiz arasında birgə əməkdaşlığın daha da dərinləşməsini labüd edir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirən amillərdəndir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, razılıqlar, birgə layihələr ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Bu xüsusda, Qazaxıstan Prezidentinin ölkəmizə cari ilin mart ayında səfəri zamanı iki ölkə arasında investisiya fondunun yaradılması haqqında razılıq prosesinin yekunlaşdırılaraq Astana görüşü zamanı dəyəri 300 milyon ABŞ dolları məbləğində fondun yaradılması barədə müqavilənin imzalanmasını xüsusilə vurğulamaq istərdik.

Bununla yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş tərəfdaşlıq perspektivləri iki ölkə liderləri tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Beləliklə, Azərbaycan və Qazaxıstan liderləri arasında keçirilmiş Astana görüşü iki ölkə arasında çoxşaxəli əməkdaşlığa əlavə təkan verəcək.

Bununla yanaşı, ölkə rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində artıq ikinci dəfə iştirak etməsi Azərbaycana və Prezidentimizə olan yüksək ehtiramın və etimadın göstəricisidir. ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.

Azərbaycanın bölgəmizdə və daha geniş coğrafiyada inteqrasiya proseslərində əhəmiyyətli rolunu, Şanxay Əməkdaşlıq Təşkilatının işində yaxından iştirakını nəzərə alaraq, bu görüşlər və tədbirlərin ölkəmizin təşkilatda müşahidəçi statusu alması prosesinə əlavə təkan verəcəyinə əminik.

“Paşinyanın sülh müqaviləsi imzalamaq fikri yoxdur”

Xəbər xətti

“Paşinyanın sülh müqaviləsi imzalamaq fikri yoxdur”
16:02 18.02.2025
MİDA-nın adından istifadə edənlər saxlandı
15:37 18.02.2025
"Ukrayna ilə ticarətin həcmini 10 milyard dollara çatdırmaq niyyətindəyik"
15:28 18.02.2025
Prezident və birinci xanım Ağdama səfər edib
15:01 18.02.2025
NATO Ukrayna sammiti ilə bağlı açıqlama verdi
14:23 18.02.2025
Səudiyyə Ərəbistanda Rusiya-ABŞ XİN-ləri görüşdü
13:35 18.02.2025
Hamilə qadını emoji mesajı ilə işdən qovan şirkət təzminat ödəyəcək
13:18 18.02.2025
Belarus nümayəndə heyəti Ümummilli Liderin məzarını ziyarət edib
13:07 18.02.2025
BYD-nin Azərbaycanda avtobus istehsalına nə vaxt başlayacağı məlum oldu
12:52 18.02.2025
Sudanda yaraqlıların hücumları nəticəsində ölənlərin sayı 200-ü keçib
12:21 18.02.2025
"Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək"
12:04 18.02.2025
"Bakı türklərin intellektual mərkəzlərindən biri olacaq"
11:52 18.02.2025
"Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etmək tezdir"
11:11 18.02.2025
Ukrayna böhranının nə "yaradıcısıyıq", nə də tərəfi
10:46 18.02.2025
"Aİ-nin yeni sanksiya paketi Rusiyanın energetika sektorunu əhatə edəcək"
10:32 18.02.2025
"İlk növbədə onları dinləmək istəyirik"
10:08 18.02.2025
Azərbaycan XİN Qambiyanı təbrik etdi
09:35 18.02.2025
Karqo şirkətlərinə xəbərdarlıq olundu
09:26 18.02.2025
Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidentinə məktub ünvanlayıb
09:02 18.02.2025
"Ümid edirik ki, ABŞ administrasiyasının Gürcüstana qarşı ədalətsiz mövqeyi dəyişəcək"
08:46 18.02.2025
"Mədəniyyət iddiasında olan Fransanın törətdikləri necə kədərlidir"
07:11 18.02.2025
Trampın "köhnə dünya" ilə bağlı planı avropalıları şoka saldı
06:05 18.02.2025
Pentaqonun rəhbəri Baydenin vəzifədən getməzdən əvvəl ona qarşı nə etdiyini danışdı
05:23 18.02.2025
Konqoda üsyançılar paytaxtı ələ keçirdi
23:53 17.02.2025
"Qalatasaray " daha bir rekorda imza atdı
23:19 17.02.2025
"Intel"AMD və "Nvidia" haqqında sərt iddialar irəli sürüb
20:52 17.02.2025
Günəşdə güclü parltlayış baş verdi
18:34 17.02.2025
Probasiya məmurları üçün silisilə təlimlər başlayıb
17:23 17.02.2025
Azərbaycanın Suriyadakı Səfirliyi fəaliyyətini bərpa etdi
17:19 17.02.2025
Perinatal Mərkəz cərimələndi
17:17 17.02.2025
Azər Qasımov vəzifəsindən azad edildi
16:58 17.02.2025
Zelenski Türkiyəyə səfər edəcək
16:57 17.02.2025
Vəkillər Kollegiyası "Əqrəb mövsümü" serialı ilə bağlı məlumat yaydı
16:35 17.02.2025
"Avropada kifayət qədər sülhməramlı qüvvələr yoxdur"
16:34 17.02.2025
Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib
16:22 17.02.2025
" Polşa Ukraynaya qoşun göndərməyi planlaşdırmır"
16:12 17.02.2025
Terror təşkilatının "diplomatik mübarizəsi" nə deməkdir?
16:04 17.02.2025
internetdə qumar oyunu təşkil edən dəstə tutulub
15:53 17.02.2025
"Ukraynanın iştirakı olmadan qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq"
15:49 17.02.2025
CFI -ın ticarət həcmi 1.12 trilyon dolları ötdü
15:36 17.02.2025
Hamısı