Rusiya Ukrayna müharibəsinə başladıqdan sonra xoşagəlməz dilemma ilə qarşı-qarşıya qalıb.
Ednews euronews-a istinadən xəbər verir ki, Rusiya müharibə iqtisadiyyatına keçid etdikdən sonra ölkədə istehsalat artımı yaranıb. Lakin, son vaxtlarda ölkənin müharibədə həddən artıq hərbçi itirməsi ölkədə əmək fəaliyyətinin gələcəyi haqqında da müxtəlif fikirlər yaradıb.
Məlumat üçün qeyd edək ki, Rusiya ÜDM-də yaranan böyümə hərbi sənaye sahələrinin genişləndirilməsinə görə baş verib. Rusiyanın inkişaf etmiş iqtisadi regionlarında da eyni vəziyyət qeydə alınmışdır. Rusiya indiyə kimi müharibədə həlak olmuş, yaralanmış şəxslər və onların ailəsi üçün ümumilikdə 3 trillyon rubl (30 milyard avro) xərcləyib. Qeyd edək ki, bu məbləğ ölkə ÜDM-nin 1.5%-ni təşkil edir. Hazırda ölkədə müharibədə iştirak edən şəxslərə 16 min dollar təklif edilir.
Rusiya höküməti sənaye yerlərində yaranan işçi çatışmazlığına görə xaricdən işçi qüvvəsinin cəlb edilməsi prosesinə başlayıb. Moskvanın üz-üzə durduğu dilemma ölkəni iki əsas sahədə: orduda və sənayedə canlı qüvvə çatışmazlığından əziyyət çəkməsinə səbəb olub.
Kreml ordunun sayını artırmaq üçün ölkədə o qədər də xoş qarşılanmayan səfərbərlik elan etməkdən yayınır. Ona görə ki, bu həm də daxili iqtsadiyyatın əvəzolunmaz boşluqlarla üz-üzə qalmasına gətirib çıxara bilər. Buna görə də orduda iştirak etmək istəyənlərə əlavə bonuslar veriləcək.
Fərid