ABŞ hökuməti "Boeing" aviaşirkətinə İrana təyyarə satmağa icazə verib.
Şirkət məlumatı təsdiqləyib.
"Biz icazə almışıq və "İran air" şirkəti ilə danışıqlar aparırıq", - deyə, şirkətdən bildirilib.
Qeyd edək ki, İran şirkətdən yüzdən artıq "Boeing" almaq niyyətindədir. Bu təyyarələrin ümumi dəyəri 25 milyard dollardır.
ABŞ Airbus şirkətinin İrana 17 dəst adi və iri salonlu təyyarələri satmasına yaşıl işıq yandırıb. Boeing isə Tehrana 80 sərnişin təyyarəsi satmağa hazırlaşır.
Buna baxmayaraq bank sanksiyaları ilə bağlı qaydaların pozulmaması naminə Airbus şirkətinin İranla sövdələşməsi avrolarla aparılacaq.