"Eurasia Diary" - nin BBC - yə istinadən verdiyi xəbərə görə, Britaniya Bankirlər Assosiasiyasının sədri Antoni Braun bildirib ki, ölkədəki bəzi banklar artıq gələn ilin əvvəllərindən Britaniyadakı "dükanlarını" bağlamağa hazırlaşır və onlar Britaniyadan getmək qərarı üzərində ciddi düşünür.
Belə ki, əslində banklar Avropa İttifaqının "pasportlaşdırma" qanununa əsasən elə Londonda da fəaliyyət göstərə bilərlər, lakin belədə çoxsaylı hüquqi əngəllərlə üzləşməli olardılar, deyə, o bildirib.
Bununla belə, banklar üçün Britaniyanın Avropa İttifaqından çıxması təkcə əlavə tariflər deyil, həm də işləmək üçün hüquqi bazanın pozulması deməkdir.
Qeyd edək ki, kiçik banklar artıq gələn ilin əvvəllərindən Avropa İttifaqı ərazisinə köçə bilərlər.