"Eurasia Diary" TASS-a istinadən məlumat verir ki, Braziliya 2017-ci ildə neft hasilatını artırmağı planlaşdırır. Qeyd edək ki, Braziliyanın Energetika nazirliyinin rəsmisi Marsiu Feliks bəyan edib: "Mən dəqiq rəqəmləri deyə bilmərəm, amma yaxın bir neçə il ərzində Braziliyanın neft hasilatında artım davam edəcək".
Bununla yanaşı, o bildirib ki, neft hasilatının məhdudlaşdırılması məqsədilə yol xəritəsinin hazırlanması ilə bağlı danışıqlarda ölkəsi müşahidəçi qismində iştirak edir.