Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib

Təhsil 11:24 20.06.2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib.

Tədbirdə 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlar, Konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri, Milli Məclisin deputatları, Akademiyanın müəllim heyəti və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Təşəkkür edirəm, Akademiya” videoçarxı nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunları təbrik edərək dövlətimizin gənclərə və təhsil sahəsinə diqqət və qayğısından danışıb. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı məqsədyönlü gənclər və təhsil siyasəti hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi, potensialının reallaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində reallaşdırılan müxtəlif sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynayır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını prioritet istiqamət kimi müəyyən etdiyini diqqətə çatdıran Konfederasiya sədri hazırda ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işləri qeyd edib.

Sahib Məmmədov məzunları əldə etdikləri bilik və bacarıqlarla dövlətimizin inkişafına töhfə verməyə, daim öyrənməyə və çalışqanlığı həyat tərzinə çevirməyə çağırıb.

Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev tələbə və məzunların uğurlarından söz açıb, ali təhsil ocağının son illər əldə etdiyi nailiyyətlər, genişlənən beynəlxalq əlaqələr və təhsil proqramları haqqında məlumat verib. Bildirilib ki, əsas məqsəd yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən yüksəkixtisaslı kadrlar hazırlamaqdır.

Məzunları təbrik edən Yusif Ağayev onlara ölkəmiz üçün faydalı olmağı, öz üzərilərində davamlı işləməyi və peşəkarlıq səviyyələrini artırmağı tövsiyə edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Milli Məclisin deputatı Samir Vəliyev məzunları təbrik edib, qazandıqları nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirərək gələcəkdə həm şəxsi karyeralarında uğurlar qazanacaqlarına, həm də ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə inandıqlarını bildiriblər.

Akademiyanın məzunları - Vəfa Hacıyeva və Orxan Rəhmanov çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər. Onlar burada qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərinə etibarlı zəmin yaratdığını və bu biliklər sayəsində qarşılarına qoyduqları məqsədlərə doğru daha inamla irəliləyəcəklərini deyiblər.

Çıxışlardan sonra məzunların təltifetmə mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, tədbirdə iştirak edən dövlət rəsmiləri və deputatlar tərəfindən Akademiyanı bitirən 189 məzuna Fəxri fərman və tərifnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. Məzunlar klassik və müasir musiqi sədaları altında bir-birini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilir
11:01 15.07.2025
XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
10:55 15.07.2025
Su altında qalan daha bir şəhər tədqiq olunur
10:40 15.07.2025
Qida boyası şəkərli diabet yaradır
10:25 15.07.2025
Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur
10:10 15.07.2025
Çin ordusu döyüş təlimlərində robotlardan istifadə edib
09:55 15.07.2025
Çin pilotsuz tədqiqat gəmisini suya buraxdı
09:25 15.07.2025
" Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır"
08:55 15.07.2025
NASA niyə kadr itirir?
08:27 15.07.2025
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib
07:58 15.07.2025
Ağdərədə 31 yaşlı kişini elektrik cərəyanı vurub
07:28 15.07.2025
Luka Modriç "Milan"a keçdi
07:06 15.07.2025
Aİ Ermənistana dəstəyini artıracaq
06:40 15.07.2025
Osimhenin transferi niyə bitmək bilmir?
06:10 15.07.2025
Baş ağrılarının mənbəyinə dair daha bir iddia ortaya çıxdı
05:44 15.07.2025
Sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf edib
05:19 15.07.2025
Tehran sülhə inanmır
04:58 15.07.2025
İsrail Ordusunun qərarı hökumətdə parçalanmaya səbəb olub
04:26 15.07.2025
""NATO rəhbərlərinin savadsızlığı ucbatından..." -Mariya Zaxarova
03:52 15.07.2025
Yaponiyanın hakim partiyası parlamentdəki mövqeyini itirə bilər
03:29 15.07.2025
Jorje Jezuş "Əl-Nəsr"in baş məşqçisi təyin edilib
03:05 15.07.2025
Təbrizdə partlayış səsləri eşidildi
02:35 15.07.2025
Malron Azərbaycanla Ermənistan arasındakı mümkün sülh müqaviləsindən danışdı
01:51 15.07.2025
NATO Gürcüstanda təlimlər keçirəcək
01:35 15.07.2025
Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
00:51 15.07.2025
Goranboydakı qəzada piyada və sürücü ölüb
00:32 15.07.2025
Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı şok görüntülər yayılıb
00:27 15.07.2025
Tramp Rusiyaya 50 gün vaxt verdi
23:57 14.07.2025
Tramp və Rutte arasında görüş başlayıb
23:25 14.07.2025
Aİ-dən ABŞ-yə ixracatın 70 faizinə əlavə rüsumlar tətbiq olunur
22:51 14.07.2025
Tbilisidə dağılan binanın sakinləri otelə yerləşdirilib
22:23 14.07.2025
BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə dair təlim proqramı yekunlaşıb – QHT-lər üçün
22:08 14.07.2025
Panama sahillərində güclü zəlzələ olub
21:38 14.07.2025
ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
21:09 14.07.2025
Yuliya Sviridenkoya Ukrayna hökumətinin rəhbəri olmaq təklif olundu
20:41 14.07.2025
Çimərliyə ildırım düşdü
20:09 14.07.2025
Tiktoker ev dustaqlığına buraxıldı
19:36 14.07.2025
"Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir"
19:07 14.07.2025
ABŞ-İran danışıqları nə vaxt bərpa ediləcək?
18:37 14.07.2025
Şəhidlər məscidinin imamı fırıldaqla üzləşdi
18:07 14.07.2025
Hamısı