Qazaxıstanın Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib.
EDnews xəbər verir ki, iyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib.
İclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil sahəsinə məsul qurumlarının rəsmi nümayəndələri, həmçinin Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib.
Görüşdə Türk Akademiyasının 2024–2025-ci illər üzrə fəaliyyəti, cari ildə həyata keçirilən layihə və tədbirlər, eləcə də 2026-cı il üçün fəaliyyət planı müzakirə olunub.
Bundan başqa, prioritet tədqiqat istiqamətləri və Türk dünyası üzrə yubiley tarixləri də gündəmdə olub.
İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Türk Akademiyası Elmi Şurasına sədrliyi dövründə görülən işlər barədə məlumat verib.
Nazir birgə tədqiqat təşəbbüslərinin, akademik mübadilənin, ali təhsil və elmi müəssisələr arasında institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Emin Əmrullayev bildirib ki, Azərbaycan elm və texnologiya sahəsində innovasiyayönümlü inkişaf modelinə xüsusi önəm verir.
Onun sözlərinə görə, süni intellekt, biotexnologiya, kvant texnologiyaları, rəqəmsal transformasiya və bərpa olunan enerji əsas istiqamətlər sırasındadır.
Nazir Türk Akademiyasının Türk dünyasında ortaq elmi potensialın gücləndirilməsi, tədqiqat mərkəzlərinin və bilik mübadiləsi mexanizmlərinin inkişafı baxımından mühüm rol oynadığını vurğulayıb.
O, həmçinin Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı tədbirlərin Türk dünyasının elmi, mədəni və dil irsinin qorunması və təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
İclasın sonunda Türk Akademiyası Elmi Şurasına sədrliyin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinə ötürülməsi qərara alınıb.
Elmi Şuranın 9-cu iclasının isə Qırğız Respublikasında keçirilməsi qərarlaşdırılıb.
.png)

.png)


.png)

.jpg)