"İran-Azərbaycan münasibətlərində rasional yanaşma regional sabitliyə töhfə verə bilər"

Ekspert rəyi 14:48 30.04.2025

Son günlər müxtəlif ölkələrin nümayəndələri, dövlət başçılarının ölkəyə çoxsaylı səfəri müşahidə olunandır. Bununla yanaşı, bu dövr ərzində ölkə başçısının da bir sıra xarici ölkələrə səfərini qeyd etmək olar. Bunların hər biri Azərbaycan Respublikasının Cənubi Qafqaz və Yaxın Şərqdə yüksək mövqe tutmasından xəbər verir. Elə yaxın günlərdə Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ölkəyə rəsmi səfəri, Prezident İlham Əliyevin Çinə səfəri və mühüm sənədlərin imzalanması söylənilənlərə bariz nümunədir. Lakin bunlarla yekunlaşmır. Aprelin 28-i də vacib bir tarix olaraq yadda qaldı. Belə ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri baş tutdu. İran-Azərbaycan münasibətləri tarixi, dini, coğrafi və strateji baxımdan mürəkkəb və çoxşaxəli bir dinamikaya malikdir. Bu münasibətlərin formalaşması və inkişafında həm regional güc balansı, həm də daxili siyasi və ideoloji amillər mühüm rol oynayıb. Sözügedən görüş çərçivəsində isə bir neçə mühüm məsələlərin müzakirəsinə yer verilib və müxtəlif sahələr üzrə vacib sənədlər imzalanıb. Lakin sual doğur:
Sözügedən səfər nələri vəd edir? 

Mövzu ilə bağlı EDnews-a açıqlama verən politoloq Oqtay Qasımov qeyd edib ki, sözügedən səfər, ikitərəfli münasibətlərdə mühüm addım kimi qiymətləndirilə bilər:

"İran-Azərbaycan arasında baş tutan görüş, yeni bir mərhələnin əsasını təşkil edir. Görüş zamanı İran Prezidentinin bəyanatları da deyilənlərə əsas verir. İranın dövlət strukturu spesifik və çoxpilləlidir. Ölkədə əsas qərarverici şəxs Prezident olsa da, ali rəhbər və onun ətrafında cəmləşmiş dini və təhlükəsizlik qurumlarının siyasi proseslərə təsiri çox böyükdür. Bu baxımdan, Prezidentin niyyətləri nə qədər müsbət olsa da, Tehran-Bakı münasibətlərində əsaslı dəyişikliklərin baş verməsi üçün bu qurumların da eyni dərəcədə dəyişiklik istəyi və iradəsi olmalıdır. Bu gün İran daxilində müəyyən dairələr hələ də Azərbaycana qarşı şübhəli və ehtiyatlı yanaşmanı davam etdirirlər. Bununla belə, Prezident səviyyəsində baş tutan bu səfər münasibətlərin istiləşməsi və dialoqun genişlənməsi baxımından vacib addım ola bilər. Xüsusilə ticarət, enerji, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının artması mümkündür. İran-Azərbaycan münasibətlərində rasional yanaşmanın dominantlıq etməsi həm də regional sabitliyə və əməkdaşlığa töhfə verə bilər".

Politoloq əlavə edib ki, İranın Azərbaycana qarşı siyasətində real və dərin dəyişikliklərin baş verməsi üçün yalnız niyyət deyil, sistemli siyasi iradə də lazımdır. Ən önəmlisi isə, bu münasibətlərin inkişafı üçün qarşılıqlı etimadın qurulması və qorunmasıdır.

Aytac Kərimova//EDnews

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı