Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR

Sağlamlıq 19:55 01.02.2017

Nə üçün uşaq yuxuda dişlərini qıcayır?

Yəqin ki, yuxuda dişlərini qıcamayan uşaq çətin tapılar.

Bu isə anaların narahatlığına səbəb olur. Bəzi hallarda körpə bir neçə dəqiqə ərzində dişlərini qıcayır, bəzi hallarda isə tək-tək səslər eşidilir. Təbabətdə bu əlamətə bruksizm deyilir. Bruksizmin nədən yarandığını araşdıraq.

Çox zaman bruksizmi orqanizmdə qurdun olması ilə əlaqələndirirlər və buna görə müayinə olunmadan, uşağı müxtəlif parazit əleyhinə preparatlarla yükləyirlər. Adətən bu zaman müsbət nəticə əldə edilmir və uşaq dişlərini qıcamağa davam edir.

Alimlər tərəfindən sübut olunub ki, bruksizmin parazitlərlə heç bir əlaqəsi yoxdur. Bruksizmin yaranma səbəbləri sona qədər aydın deyil. Əsas səbəblərdən alimlər stress, yüksək sinir oyanıqlığı, irsiyyət ilə əlaqənin olmasını qeyd edirlər. Amma qurd-parazit olan uşaqlarda diş qıcama halı daha tez-tez rast gəlinir.

Əgər siz uşaqda qurd-parazitin olmasından şübhələnirsizsə, onların aşkarlanması üçün müayinədən keçmək lazımdır, çünki parazit əleyhinə dərmanların nəzarətsiz qəbulu orqanizmdə ziyansız ötüşmür. Daxil olan preparat uşağın bütün orqanlarına və hüceyrələrinə mənfi təsir göstərə bilər. Və belə preparatları müayinəsiz nəinki müalicə, hətta profilaktik məqsədlə də vermək məsləhət deyil.

Uşağımda qurd-parazit ola bilərmi?

Hansı şikayətlərə əsasən valideynlər uşaqda parazitlərin olmasından şübhələnə bilərlər? Əsas əlamətləri bir neçə qrupa bölmək olar.

Mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması: Uşaqda qarın nahiyəsində sancıların olması, ishal, qəbizlik, ürəkbulanma, ağızdan xoşagəlməz qoxu, işhahsızlıq, bəzi hallarda isə iştahın artması da müşahidə olunur. Enterobioz zamanı uşaq yuxuya çətin gedir, gecələr narahat yatır və tez-tez oyanır. Xırda olmağına baxmayaraq, bu parazitlər bir sıra ciddi fəsadlara, gecə enurezinin, qız uşaqlarında cinsiyyət orqanlarında qaşınmalarına, iltihaba və uşaq onanizminə səbəb ola bilərlər.

Sinir sisteminin fəaliyyətinin pozulması: Orqanizmə qurdların daxil olması zamanı sinir sistemi tərəfindən dəyişikliklər baş verir: uşaq əsəbi, ağlağan və qıcıqlı olur, məktəbdə davamiyyəti pozulur, yuxu pozğunluğu, baş ağrıları qeyd olunur.

Allergik reaksiyalar: Uşaqda naməlum səbəbdən dəridə müxtəlif tipli allergik səpkilər müşahidə olunur.

İntoksikasiya əlamətləri: dərinin avazıması, gözaltı kölgələr, halsızlıq, yorğunluq. Limfa düyünlərin böyüməsi, çəkidən və boydan geri qalma də müşahidə oluna bilər.

İmmun sisteminin zəifləməsi: uşaq demək olar ki, "xəstəlikdən çıxmır", virus infeksiyalarına tez-tez yoluxur, burun-boğaz "əti" (badamcıqları) böyüyür.

Amma hər bir uşaqda parazitlərin orqanizmdə olması individual reaksiya verir. Bir uşaq çəkidən, boydan geri qalır, digəri isə sadəcə əsəbi olur.

Xalq təbabəti üsulları ilə orqanizmdən parazitlərin təmizlənməsi

ÜST-in son məlumatlarına görə, parazitlər insan orqanizmində mədə-bağırsaq xorası, hepatit, şiş və xərçəng kimi müxtəlif qorxulu xəstəliklərə səbəb ola bilərlər. Tədqiqatlara görə, orqanizmində parazit olmayan şəxslər parazit olanlarla müqayisədə orta hesabla 21 il daha çox ömür sürürlər.

Böyüklərə nisbətən, uşaqlar qurd-parazit ilə daha tez-tez yoluxurlar, çünki uşaqların sanitar-gigiyenik normaları daha aşağı olur: körpələr tez-tez əllərini ağızlarına salırlar, dırnaq yeyirlər, it, pişiklə oynayırlar. Buna görə valideynlər uşaqlara dəfələrlə yan təsirləri çox olan kimyəvi qurd-parazit əleyhinə preparatlar verməyə məcbur olurlar. Bu səbəbdən nəzərinizə parazit əleyhinə əsas müalicə ilə yanaşı, toksik preparatların müddətini qısaldan və xalq təbabətinə aid olan sadə reseptləri təqdim edirik.

Zəyərək və mixək ilə parazitlərdən təmizlənmə

Zəyərək və mixək praktiki olaraq bütün növ parazit əleyhinə effektiv təsir göstərir. Müalicəvi təmizləyici qarışığın hazırlanması üçün 10 hissə zəyərək toxumu və 1 hissə mixək götürülür, üyüdülür və 10-20 qram 3 gün ərzində yeməkdən əvvəl qəbul edilir. 3 gün fasilədən sonra yenidən təkrar 3 gün qəbul edilir və bu sxem bir ay müddətində davam etdirilir.

Qoz yağı və sarımsaq ilə parazitlərdən təmizlənmə

Səhər və axşam acqarına 5-10 ml qoz yağı və bir diş sarımsaq 10 gün müddətində qəbul edilir. 10 gün fasilədən sonra yenidən təkrar -10 gün.

Yerkökü və sarımsaq ilə parazitlərdən təmizlənmə

Xam yerkökü və təzə sıxılmış yerkökü şirəsi orqanizmindən parazitlərin, əsasən də bizquyruğun qovulmasına köməklik göstərir. Səhər və axşam acqarına 50-100 ml təzə sıxılmış yerkökü şirəsini bir diş sarımsaq ilə 2 həftə ərzində qəbul etmək məsləhətdir.


Şəhla Rüstəmova, tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr

Lent.az

 

 
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
Hamısı