Mövsümi xəstəliklərə qarşı yeddi "zireh"

Sağlamlıq 22:26 02.02.2017
Qış mövsümündə, xüsusilə əhalisi çox olan şəhərlərdə mövsümi dəyişikliklərdən əmələ gələn xəstəliklər çoxalır. Hər ilin bu mövsümündə insanlar xəstəliklərdən qorunma yolları axtarır, yaxud yoluxduğu xəstəlikdən daha tez sağalmağa çalışırlar.
 
Terapevt-qastroenteroloq Mətanət Cəfərovanın bildirdiyinə görə, qış aylarında daha çox yuxarı tənəffüs yolları xəstəliklərinə rast gəlinir: "Bura qrip, adonidlərin törətdiyi virus və ya bakterial mənşəli kəskin respirator xəstəlikləri, kəskin rinitlər, kəskin sinusitlər aiddir. Bu xəstəliklər hava-damcı yolu ilə yayılır".
 
"Bu il Azərbaycanda H3N2 virusu daha çox yayılıb və ağırlaşmalar verib. Ağırlaşmalardan əsasən pnevmaniya və otitlər (orta qulağın iltihabı) daha çox müşahidə edilirdi" — həkim deyib. Müsahibimizin sözlərinə görə, qış xəstəliklərinin yayılması faizinə görə ikinci yerdə aşağı tənəffüs yollarının xəstəlikləri durur: "Bura bronxit, pnevmaniya, plevriti aid etmək olar. Bununla yanaşı, qış aylarında sidik və sidikçıxarıcı yolların xəstəlikləri — sistit, piolit, pielonifrit yaranır. Yaxud, xroniki böyrək xəstəliyi olanlar, xroniki pielonifritdən əziyyət çəkənlər qış aylarında bu xəstəliklərin kəskinləşməsi ilə qarşılaşır. Uzun zaman soyuq şəraitdə çalışanlarda kəskin sistit və ya kəskin pielonifrit yarana bilər".
 
M. Cəfərova bildirir ki, hormonol müalicə alan xəstələr də qış aylarında müəyyən problemlərlə qarşılaşırlar: "Havaların soyuq keçməsi immun çatışmazlığından müalicə alan şəxslərin müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur. Ümumiyyətlə, düzgün qidalanmaq insan orqanizmini güclü edir. Qış fəslində xəstəliklərdən qorunmaq üçün düzgün qidalanmaq əsas şərtdir. 
 
Qış fəslinə uyğun meyvə-tərəvəzlər yemək, çoxlu maye qəbul etmək, yatmaq sağlamlığın qorunması üçün əsas şərtdir. Böyüklər 8 saat gecə, uşaqlar isə 8 saat gecə, 2 saat isə gündüz yatmalıdırlar".
 
Qış aylarında xəstəliklərə yoluxmamaq üçün edilən ən böyük səhvlərdən biri qalın geyinməkdir. Çox zaman valideynlər elə düşünürlər ki, övladını qalın geyindirsə, ona soyuq olmayacaq və uşaq xəstələnməyəcək."Uşaqları qalın geyindirmək, ağzını şərfla möhkəm bağlamaq, üst-üstə geyindirmək olmaz. Uşaq tam nəfəs ala bilməlidir. Uşağa izah etmək lazımdır ki, nəfəsi burnu ilə alıb, ağzı ilə buraxsın. Şərfı ağıza küləkli havalarda bağlamaq olar" — deyə həkim bildirir.
 
Qış aylarında edilən səhvlərdən biri də evlərin çox isidilməsidir: "Bəzi pasientlər etiraf edirlər ki, evlərini hətta 30 dərəcəyə qədər qızdırırlar. Bu da çöldəki hərarətlə böyük fərq yaradır. Bu zaman insan evdən çölə çıxanda, çöldəki hava —1 dərəcədirsə, bu zaman kəskin temperatur fərqi yaranır. Temperatur fərqi yaşayan insanlar daha çox xəstələnirlər. Qış aylarında otaq temperaturu 19-22 dərəcə olmalıdır. Uşaq otaqlarında isə 23 dərəcə olmalıdır. Temperatur fərqi çox olduğu zaman bədən stressə girir. Xəstəlikdən qorunmaq üçün buna əhəmiyyət vermək lazımdır". Stress qədər orqanizmi yoran ikinci bir xəstəlik yoxzdur. Qış xəstəliklərindən qorunmaq üçün stressdən də uzaq olmaq lazımdır. Stress orqanizmin müqavimətini zədələyir və immun sistemini zəiflədir. Nəticədə, orqanizmin virus və bakteriyalara yoluxma riski artır.
 
O məsləhət görür ki, əgər ətrafımızda xəstə insanlar varsa, tibbi maskalardan istifadə etmək lazımdır: "Hava necə soyuq olsa da, mütləq açıq havada olmağa, günəş vannası qəbul etməyə çalışın. Bu, həm uşaqlar, həm də böyüklər üçün çox önəmlidir".
 
Və son olaraq, mütəxəssis qış xəstəliklərindən qorunmaq üçün aşağıdakı tövsiyələri verir:
 
1. Bol maye qəbul etmək
 
2. Meyvə-tərəvəz yemək 
 
3. 8 saat yatmaq
 
4. Stressdən uzaq olmaq
 
5. Xəstə insanlardan uzaq olmaq
 
6. Gigiyena qaydalarına əməl etmək
 
7. Təmiz hava qəbul etmək lazımdır.
 
Həkim Aynurə Muradova da bildirir ki, qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanma önəmlidir:
 
"Qış xəstəliklərindən qorunmaq üçün ev şəraitində sarımsaqlı qatıq yemək məsləhətdir. Sarımsaq qış xəstəliklərinin qarşısını alır. Alma, limon, nar şirəsi, yumurta, ət, toyuq, pendir, süd, qatıqla qidalanmaq önəmlidir. Bütün bunlarla yanaşı, balıq və balıq yağı da qəbul edilməlidir". Onun sözlərinə görə, müxtəlif bitki çayı dəmləmələri də qış xəstəliklərindən qoruyur: "Belə ki, çay dəmləyən zaman zəncəfil əlavə etmək qrip və soyuqdəyməni daha tez sağaldır. İtburnu, zəncəfil, şam fıstığı, ada çayı dəmləmələri badamcıq iltihabı, soyuqdəymə, ağciyər xəstəlikləri zamanı çox xeyirlidir".
 
 

 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı