Azərbaycanda piylənmənin dəhşətli fəsadları və mübarizə üsulları

Sağlamlıq 22:12 13.02.2017
"Piylənmənin baş verməsi üçün genetik fatoru olan adamlarda bir sıra təkanverici faktorlar da olmalıdır"
 
- Piylənmə problemi bü gün Azərbaycanda nə dərəcədə aktualdır?
 
- Piylənmə bu gün dünyada geniş yayılıb və gedərək də populyasiyalarda artmaqda davam etməkdədir. Təbii ki, bu artım Azərbaycandan da yan ötməyib, əksinə bizim ölkəmizdə hər iki nəfərdən birində ən azından artıq çəki, hər üçündən birində isə piylənmə xəstəliyi vardır. Bəli, bu bir xəstəlikdir və ciddi fəsadları vardır. Dünya səhiyyə təşkilatı tərəfindən də çox ciddi və ağır fəsadlar törədən, lakin müalicəsi mümkün olan bir xəstəlik kimi tanınmaqdadır. Təbii ki, bütün bunlar cəmiyyətimizdə sosial-ictimai həyatdan yan ötüşmür, əksinə hər gün bunun bu və ya digər şəkildə ağır təsirlərini cəmiyyətimiz və sıravi Azərbaycan ailəsi hiss etməkdədir.
 
- Çoxyeməklik və oturaq həyat tərzi piylənməyə gətirib çıxardır. Artıq çəkinin yaranmasında daha hansı faktorlar rol oynayır?
 
- Sizə elə gəlməsin ki, bir insan çox yeyərsə və oturaq həyat tərzi keçirərsə piylənmə dərhal başlayır. Əlbəttə, bu piylənməyə şərait yaradan ciddi faktor olsa da, xəstəliyin əsl səbəbi X-sindrom yaxud da ki, metabolik sindromdur. İlk adından da bəlli olduğu kimi, gizli səbəblərlə bağlı birdən-birə orqanizmdə metabolik dəyişiklər baş verməyə başlayır. Bu səbəblər çox olduğu üçün məhz hansının birinci başladığını - trigger rolunu oynadığı sübut edilməyib. Lakin bu gün, genetik faktorun ən vacib rol oynaması bəllidir. Bu isə o demək deyil ki, genetik faktor varsa, bu mütləq baş verməlidir. Piylənmənin baş verməsi üçün genetik fatoru olan adamlarda bir sıra təkanverici faktorlar da olmalıdır. Bunlara bağırsaq mikroflorasının bir populyasiya şəklində dəyişikliyə uğraması, qeyri-düzgün qidalanma, stress faktorlarının çoxalması və daimi olması, digər psixogen faktorlar və ən nəhayət qeyri-aktiv (fiziki, cinsi və s.) həyat tərzi aiddir. Bəli, bu faktorların qaşısını isə çox vaxt vaxtında tədbirlər görülərsə almaq mümkündür.
 
- Bəs piylənmənin fəsadları nədən ibarətdir?
 
- Piylənmənin fəsadlı təsirlərini sadalamaqla əslində qurtarmaz. Ən çox sosial əhəmiyyət daşıyan fəsadlarına isə ikinci tip şəkərli diabet, adinamiya, oynaq və bel ağrıları, arterial təzyiq, insult, miokard infarktı və qəfləti ölüm, nəfəs darlığı və gecə boğulmaları, cinsi pozğunluq və sairədir. Əslində piylənmə xəstələrinin istənilən anda istənilən xoşagəlməz fəsadla qarşılaşa biləcəyini hər kəs bilməlidir. Bu xəstəliyin bu mənada "ayaq üstə gəzən ölülər" kimi sinonimi vardır. Çox hallarda gecə yatıb gündüz durmayan insanlar piylənmə xəstələridir.
 
- Piylənmə əleyhinə bu gün Azərbaycanda hansı müasir müalicə metodları tətbiq olunur?
 
- Bəli məhz bu nöqtədə bilməyimiz vacib olan çox mühüm elmi məqamlar var. Piylənməni müalicə edən mütəxəssis ən azından piylənmənin müasir beynəlxalq klassifikasiyasını bilməlidir. Bu haqda məlumatı olmadan piylənmə kimi ciddi xəstəliklə qeyri-professional məşğul olmaq olmaz. Təəssüf ki, bu gün Azərbaycanda piylənmə əleyhinə effektiv mübarizə apara bilən çox az sayda mütəxəssislərimiz və klinikalarımız vardır. Bu çətinlik isə piylənmənin müalicəsinin bir kollektiv işi olması ilə əlaqədardır, yəni, bu multidistsiplinar bir müalicə metodudur. Bu da bariatrik cərrahla endokrinoloq, kardioloq, pulmonoloq, psixoloq, psixiatr, qastroenteroloq və dietoloqla sıx əlaqələndirilmiş bir işinin olmasını tələb edir. Əksər insanların bu haqda məlumatları yoxdur. Bütün xəstəliklərdə olduğu kimi, piylənmə zamanı da əvvəl konservativ müalicə tədbirləri - düzgün qidalanma və həyat tərzi, xüsusi idman məşğələləri, bir sıra dərman preparatlarının təyini, mədə balonu və s. görülür. Bəli bədən kütlə indeksi 35 keçdikdən sonra bu xəstələrin yeganə effektiv müalicə metodu cərrahi yolladır və bununla bariatrik-metabolik cərrahlar məşğul olurlar. Əlbəttə, söhbət effektiv və qalıcı müalicədən gedir və bu artıq dünyada sübut olunmuş faktdır.
 
- Piylənmənin fəsadları ilə necə mübarizə aparmaq olar?
 
- Yalnız vaxtında və düzgün seçilmiş müalicə taktikası xəstəliyin fəsadlarını minimuma endirər və xəstəliyi müalicə edə bilər.
 
- Bu gün Azərbaycanda uşaqların piylənmə göstəricisi hansı səviyyədədir?
 
- Bu ciddi sosial bəlaya çevrilməkdədir, çünki uşaqlarda piylənmə böyüklərdən az olsa da sürətlə artmaqdadır. Bu isə probləmə hələ də ciddi yanaşmanın olmamasından xəbər verir.
 
- Uşağlarda piylənməni necə müəyyənləşdirmək olar? Bu kimi vəziyyətlərdə valideyn uşağını həkimə aparmalı yoxsa xüsusi qida rejimi tətbiq etməlidir?
 
- Pilənmənin olub olmamasını müəyyən edən sadə formula vardır ki, bununla hər kəs özündə və uşağında piylənmənin olub-olmamasını müəyyən edə bilər. Məsələn: üç insan düşünək. Hər üçünün də çəkisi 90 kq-dır. Lakin eyni çəkisi olan bu insanların biri normal, biri artıq çəkili, üçüncüsü isə piylənmə xəstəsi ola blər. Çünki birinin boyu 1metr 92 sm, ikincisinin boyu 1 metr 78 sm, üçüncünün isə boyu 1metr 50 sm-dir. Çəkinin boya nisbəti pilənmə xəstəliyinin ilkin diaqnostikası üçün əsas götürülür və bu nisbət Bədən Kütlə İndeksi adlanır. Artıq çəkisi olan uşaqların valideynlərini dərhal uşağın düzgün qidalanması ilə bağlı (həm qidanın həcmi olaraq, həm də qidanın tərkibi olaraq) ciddi düşünməlidirlər. Marketlərdən alınma əksər qidalar və şirniyyat məhsullarına qəti qadağa qoymalıdırlar, mütləq rejimli idman məşğələlərini başlanmalıdır və bu zaman motivasiya olsun deyə normal çəkili uşaqlarla bir qrupda məşğələlərin olması daha yaxşı olardı. Bundan əlavə uşağın sağlam psixoloji mühitinin olmasına diqqət yetirilməlidir.
 
 
Laraskopik Bariatrik Cərrah Aslan Abdullayev
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Hamısı