Bu gün xərçəng xəstəliyi sürətlə yayılır.
Xarici mətbuat xəbər verir ki, Norveçdə keçirilən tədqiqatlar sübut etdi ki, gündə 3 stəkan süd içən insanlarda 1 stəkan süd istifadə edənlərə nisbətən süd vəzisi xərçənginin inkişafının riski daha yüksəkdir.
Əvvəllər hesab edilirdi ki, süd xərçəng xəstəliyinin riskini azalda bilər. Son tədqiqatlarda isə alimlər təsdiq etdilər ki, süd xərçəngin inkişafının səbəbi ola bilər.
Sübut edilib ki, süddə olan hormonlar və artmanın amilləri kanserogen potensiala malikdirlər, həmçinin vitamin D-nin sintetik bioloji aktiv əlavələrinə aiddir.
Qeyd olunur ki, süd içən insanlarda digərləri ilə müqayisədə süd vəzisinin xərçəngi orta hesabla iki dəfə daha çoxdur. Bu da sintetik vitamin D-nin qəbulu ilə əlaqədardır.