Yay aylarında bəzi yeməklər ikinci dəfə isidildiyi zaman təhlükəli nəticələr ortaya çıxır.
İkinci dəfə isidildiyi zaman təhlükə saçan yeməklərdən biri kartofdan hazırlanan yeməklərdir. Otaq temperaturunda saxlanılan kartofda “Botilizm” adı verilən bakteriya meydana gəlir. Bu bakteriya olduqca təhlükəlidir. Bu səbəblə, kartofdan hazırlanmış yeməkləri mütləq soyuducuda saxlayın.
Toyuq proteinlə zəngindir, ancaq ikinci dəfə isidilən toyuq yeməkləri həzm sistemində problemlərə səbəb ola bilər.
Toyuqla yanaşı göbələk yeməkləri də ikinci dəfə isidildiyi zaman zəhərlənmə ehtimalı artır.
Sadaladıqlarımızdan ən təhlükəlisi yumurtadır. Yeni isidilən yumurtanın protein quruluşu parçalanır. İkinci dəfə isidilib yeyildiyi zaman həzm sistemini alt-üst edir, zəhərlənməyə səbəb olur.
Bişirilən düyü otaq temperaturunda 1 saatdan çox qalarsa, zərərli bakteriyalar istehsal etməyə başlaya bilər. Bu səbəblə, düyünü servis etdikdən sonra soyuducuya qoyun. Plovu qoyduğunuz qabın hava keçirməməsinə diqqət edin. (Metbuat.az)