Xərçəngi müalicə edən, tibb tarixində bir çox ilkə imza atan MÜSƏLMAN ALİM Onu siz də tanıyın!

Sağlamlıq 14:29 02.08.2017

Avropada insanlar natəmiz xəstəxana otaqlarında qeyri-steril tibbi alətlərdən infeksiyalara yoluxaraq dünyasını dəyişərkən, şərqdə Əli Bin Abbas adlı təbib öz əsərlərində cərrahi əməliyyatlar öncəsi alətlərin təmizlənməsi, xəstəyə qayğı və diqqətdən bəhs edirdi.

Bəs orta əsrlərdə Şərqdə yaşayıb, yaratmış belə parlaq simaları niyə tanımırıq? Bir çox Şərq alimlərinin kəşflərini əsrlər sonra tərcümə edib, öz adından təqdim edən qərb elm xadimləri nə üçün ifşa olunmur?

Publika.az davamlı olaraq, dünya elminə saysız hesabsız tövhələr vermiş qüdrətli İslam və Şərq alimlərinin həyat və yaradıcılığından bəhs edən yazını təqdim edir.

Bu məqalənin qəhrəmanı Əli Bin Abbasdır.

O, X əsrdə İranın Cündişapur əyalətinin Əhvaz şəhərində dünyaya gəlib. Doğum tarixi haqda dəqiq məlumat yoxdur. Tibb elminin dərin bilicisi olan Bin Abbas, əl-Əhvazi və Əbül-Həsən təxəllüsləri ilə tanınıb. Avropada isə Haly Abbas adı ilə bilinir.

Xərçəng xəstəliyini müalicə edən təbib

Əli Bin Abbas bugün xərçəng adlandırdığımız mədə, bağırsaq, uşaqlıq və digər orqanlardakı şişləri aşkar edib, cərrahi yolla müayinə etmiş və xəstəliklərin yaranma səbəbi haqda ətraflı izahat vermişdi.

Təbib xərçəng şişlərinin bir daha yaranmaması üçün daxili ətraflarını təmizləmək üsulunu tətbiq edərək, müasir onkologiya elminə çıraq tutmuşdu. Əməliyyat zamanı təbibin yanında hər zaman bir neçə köməkçisi olurdu. Köməkçilərin biri xəstənin burnuna xaş-xaş və digər keyidici təsirə malik bitkilərin qarışımını sürtərkən, digəri onun nəbzini nəzarətdə saxlayırdı. 3-cü yardımçı isə cərraha əməliyyat zamanı kömək edirdi.

Qüdrətli cərrah


Bin Abbas hər zaman öz tələbələrini təlimatlandırırdı: “Dərini kəsərkən öncə üst qatı ehtiyyatla kəs, diqqətli ol ki, damar və sinirlər zədələnməsin. Damar kəsilərsə, qanaxmanı saxla. Daxili müdaxilə etdikdən sonra həmin nahiyəni bir daha yoxla və dərini elə yapışdır ki, damarlar bir-biri ilə birləşsin. Sonra o hissəni diqqətlə bağlayıb, tikişə başla”.

Qüdrətli təbib kapilyar damarların və arteriyalar ilə kapilyar damarlar arasında yerləşən metarteriyol adlı keçid damarlarının varlığını ilk kəşf edən alimdir. Amerikalı Professor Filip Hitti onun fəaliyyətinin nəinki çağdaşları, eləcə də ondan sonra gələn tibb mütəxəssisləri üçün böyük tövhə olduğunu vurğulayır.

Bin Abbas kiçik qan dövranı haqda fikir söyləyən və bir sıra ürək xəstəliklərini aşkarlayıb, xarakteristika verən ilk təbibdir.

Bundan əlavə təbib bir sıra göz və diş xəstəliklərini araşdırıb, müalicə üsullarını tətbiq etmişdi.

Məhz Əli Bin Abbasın sayəsində İslam dünyası XVIII əsrədək göz xəstəlikləri və əməliyyatları sahəsində Avropadan qat-qat öndə olmuşdu.

Alimin ginekologiya sahəsində etdiyi kəşfləri qeyd etməmək olmaz. Hipokrat və onun davamçıları körpənin öz hərəkətlərilə dünyaya gəldiyini iddia edərkən, Bin Abbas bu prosesə uşaqlıq orqanında baş verən gərilib, çəkilmələrin səbəb olduğunu sübuta yetirmişdi. O, həmçinin hamiləlik boyu dölün hansı qidalara ehtiyacı olduğunu və inkişaf prosesinin mərhələrini izah edərək, tibb elminə yeni üfüqlər qazandırmışdı.

“Kitabül-Məliki” tibbi ensiklopediyasının müəllifi

“Kitabül-Məliki” alimin tibbə qazandırdığı ən böyük tövhədir. Əsərin birinci hissəsində tibbin nəzəriyyəsi, ikinci hissəsində təbabətin əsasları, həkimlik və əczaçılıqdan bəhs olunur. Dəyərli elmi əsərdə cərrahiyə və anatomiyaya aid 110 başlıq var. Bu kitabı 1078-ci ildə Afrikalı Konstantin latıncaya tərcümə edərək, öz əsəri kimi təqdim etmişdi.

Əsərin orijinal nüsxəsi isə ərəb dilində yazılıb. XV əsrdə “Kitabül-Məliki” türk dilinə tərcümə edilib.

Əsər 1987-ci ildə Frankfurt Universitetinin mütəxəssisləri tərəfindən sual-cavab şəkilində tərcümə olunaraq, Almaniyanın ali məktəblərində tədris edilməyə başlanıb.

İslam dünyasının qüdrətli alimi deyirdi: İnsan hər şeydən öncə qəlb və bədən təmizliyinə önəm verməlidir. Allaha xatir yaşamalıdır. Həyat tərzi ilə digərlərinə örnək olmalıdır.

Həkim etikası mövzusuna toxunan alim, əsl təbibin xəstənin onunla bölüşdüyü şəxsi sirlərini heç kimə açmamalı olduğunu vurğulayırdı: “Təbibin dili şirin olmalıdır. O, öz davranışı və tətbiq etdiyi müalicə ilə öz xəstələrinin etimadını qazanmalıdır. Lazım gəldikdə müayinə etdiyi şəxsin evinə gedib, sağlamlığı ilə maraqlanmalıdır”.

Təbii ki, bu dahi alimdən danışarkən onun həyat və yaradıcılığını araşdıran azərbaycanlı alim, AMEA-nın Əlyazmalar İnstitutunun Beynəxalq Əlaqələr Şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçilər Birliyinin prezidenti Fərid Ələkbərliyə müraciət etməmək olmazdı. Fərid bəy Əli Bin Abbası tibb elminin ən parlaq simalarından biri hesab edir:

“Əli Bin Abbasın “Kitabül-Məliki” əsəri latın dilinə tərcümə olunaraq, beş yüz il ərzində Avropa universitetlərində dərs vəsaiti kimi istifadə olunmuşdu. İngilis tədqiqatçısı Çarlz Qrin Kamtaun özünün “Tibb taixi” əsərində yazır ki, “Kitabül-Məliki” hətta XVIII əsrin əvvəllərində bir çox Avropa tibb məktəblərində tədris olunurdu. Bu kitabda, Əli ibn Abbas, o dövrdə məlum olmuş bütün tibbi biliklərin xülasəsini vermiş və bir çox müalicəvi reseptləri göstərək, əczaçılıq elminin inkişafına da təkan vermişdir. Beləliklə, “Kitabül-Məliki” o dövrün bir növ tibbi ensiklopediyası sayıla bilər. Əli ibn Abbas tibbi etikaya dair risalənin də müəllifidir. Həmin əsərdə o yazır: “Həkim, xəstəni pəhriz və dərmanlarla müalicə edərkən, pul və təmənnanı düşünmədən, onun müəlisi üçün əlindən gələni etməlidir və bunun mükafatını Allah özü verəcək. Heç zaman xəstəyə təhlükəli dərman təyin etməyin, xəstənin səhhətilə bağlı tibbi sirri gizli saxlayın”.

Əli ibn Abbasın əsrləri dünyanın bir çox arxivlərində, o cümlədən AMEA Əlyazmalar İnstitutunda, Paris Milli Kitabxanasında, Vatikan Apostol kitabxanasında, İspaniyanın Eskurial kitabxanasında və başqa arxivlərdə mühafizə olunur”.

Qüdrətli alim elmi təhsilini Bağdadda davam etdirmişdi. Burada o ən məşhur xəstəxananın baş həkimi vəzifəsində çalışmışdı.

Dahi təbib 994-cü ildə dünyasını dəyişib. Qürurverici haldır ki, onun şan-şöhrəti elə yaşadığı illərdə bütün dünyaya yayılmışdı.

Avropa və Amerika alimləri hələ də, Bin Abbasın kəşfləri haqda mülahizələr irəli sürür, konfranslarda çıxış edir və davamçılarına qoyub getdiyi böyük elmi irsə yenidən nəzər salırlar.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Hamısı