Tanınmış həkim-reanimatoloq Şahin Nərimanoğlu sosial şəbəkədə öz həmkarlarına çağırış edib. O, həmkarlarını pula görə insan həyatı ilə oynamamağa səsləyib.
”Son vaxtlar bir çox özəl klinikalarda iyrənc əməllər baş alıb gedir. Hər şeyə qənaət edirlər, bu, normaldır. Məsələn, salfetkaya, elektrik enerjisinə. Bunlar başa düşüləndi. Amma narkoz dərmanlarını anestezioloqlar lazımı dozadan az vurur. Xususilə, narkotikləri ucuz olsun deyə bir cox yerlərdə kalipsol narkozu verilir. Kalipsolun ağrıkəsici effektinə güvənərək xəstəyə narkotik vurmurlar. Digər dərmanların (miorelaksant,antiemetik və s.) da ən ucuzundan istifadə edirlər. Bu cür keyfiyyətsiz narkoz zamanı xəstə hər seyi eşidir və miorelaksantin təsiri altinda tərpənə bilmir. Bu dəhşəti ona yaşatdıqları üçün düşünür ki, əməliyyat bitən kimi həkimləri məhkəməyə verəcəm. Sadəcə, narkozun çıxışında xəstə də amneziya baş verdiyinə görə, həkimlərə bu barədə heç nə demirlər. Lakin, bu dəhşətli stresə görə xəstə illərlə əziyyət çəkir. Yuxusuzluq, saç tökülməsi, depressiya, əsəbiliyə görə müalicələr almalı olurlar. Narkoz aparatının tənəffüs konturunun filtrlərini də dəyişmirlər. Antiseptik məhlula da qənaət olsun deyə şlankları həftədə bir dəfə məhlula qoyurlar. Əgər xəstədə qanla keçən infeksiya yoxdusa, onu sağlam hesab edirlər. Hava ilə keçə bilən infeksiyaları unudurlar. Bu qənaəti etmək üçün anestezioloqlara təzyiq edilir. Anestezioloq qanunla işlədikdə onun narkozunun əlavə xərc olduğu üçün bəyənmirlər. Hansı fırıldaqçı anesteziologun narkozu ucuz başa gəlirsə sahibkarlar ona üstünlük verir. Cərrahlar hər şey daxil olmaqla cəmi 40-50 AZN-dən artıq narkoz üçün klinikaya pul odəmək istəmir. Insanlar isə özəl klinikaya etibar edirlər və aldanırlar. Bu xəstələr bizim öz yaxınlarımız, öz xalqımızdır! Axı, bizə güvəniblər. Vicdanımızı pula satmayaq!”(psixoloq.az)