Azərbaycanda həkim olmaq istəyənlərə Türkiyədə BÖYÜK ŞANS

Sağlamlıq 16:39 28.12.2017

Dekabrın 24-28-i arasında Mill Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi, Milli Məclisin deputatı Məlahət İbrahimqızının təşəbbüsü ilə bir qrup deputat İstanbula səfər edib. Nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, komitənin üzvləri Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı daxildir.
Səfərin məqsədi Türkiyənin məşhur İstinye Universiteti ilə tanışlıq, tibb sahəsində qanunvericiliyin daha yaxından öyrənilməsi, xüsusilə özəl sektorda tibbi sığortanın tədqiqi ilə bağlı mexanizmin öyrənilməsidir.

Azərbaycanda həkim olmaq istəyənlərə Türkiyədən müjdə: Yalnız attestatla qəbul...


Nümayəndə heyəti öncə universitetlə tanış olub. Qonaqları universitetin prorektoru, professor doktor Erdal Karaöz qarşılayıb və universitet barədə geniş məlumat verib:

“İstinye Universiteti "Liv Hospital”, “Medical Park " və "VM Medical Park" olmaqla özündə üç ayrı xəstəxana markasını birləşdirən “MLPCare Qrupu”nun 25 illik bilgisinin davamı olaraq 21-ci əsr Anadolu Vəqfi tərəfindən 2015-ci ildə yaradılıb. Universitetimiz dünyanın qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunub. Həmçinin, müxtəlif ölkələrdən təhsil almaq üçün bura gələn tələbələrin sayı kifayət qədərdir. İstinye Universiteti azərbaycanlı abituriyentlər üçün də xüsusi şans yaradıb. Belə ki, abituriyentlər imtanan vermədən, yalnız atestatla bura qəbul oluna bilərlər. Həmçinin, ayrı-ayrı universitetlərin biologiya fakültəsinin məzunlarının da burada təhsillərini davam etdirmək şansları var. Qeyd edim ki, universitetdə Türkiyənin ən məşhur professor-müəllim heyəti dərs keçir”.

Azərbaycanın nümayəndə heyəti universitetin ayrı-ayrı fakültələri, laboratoriyaları, qurğuları ilə tanış olub. Məlum olub ki, universitetdəki avadanlıqlar Türkiyənin digər universitetləri ilə müqayisədə daha müasirdir. Buradakı tələbələrin müasir texnologiyadan istifadə etməsi onların ciddi təcrübələrə yiyələnməsi ilə nəticələnir.

Universitetin prorektoru çıxışı zamanı bildirib ki, onlar bütün sahələrdə sözdə deyil, əməldə də Azərbaycan və Türkiyənin “bir millət iki dövlət” olduğunu təsdiq edirlər. O qeyd edib ki, universitetin qısa müddətli fəaliyyətinə baxmayaraq, hazırda orada 20-yə yaxın azərbaycanlı tələbə var:

“Biz azərbaycanlı tələbələrə türk vətəndaşları kimi yanaşırıq. Ümumiyyətlə, universitetdə bu baxımdan hər hansı ayrı-seçkilik yoxdur. Digər tərəfdən, biz hər zaman Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. Bu, yalnız tibbi sahəyə aid deyil, bütün sahələri əhatə edir. Biz Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində olmuşuq. Hazırda digər universitetlərlə də görüşlər nəzərdə tutulub. İstinye Universitetində tibbi mühəndislik adlı yeni fakültə də fəaliyyət göstərir və bu, müasir dünya üçün çox əhəmiyyətlidir”.

Görüş zamanı qeyd edilib ki, universitetin Azərbaycan üzrə koordinatoru Sevinc Cəfərova xüsusi fəallığı ilə seçilir: “Həqiqətən də Sevinc Cəfərova qısa müddət ərzində ciddi iş görüb. Buna görə də digər ölkələrlə müqayisədə Azərbaycanla bağlı irəliləyiş əldə olunub. Sevinc Cəfərova azərbaycanlıların burada endirimlə təhsil almaları, müalicə olunmaları istiqamətində fəallıq nümayiş etdirir”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev universitetdəki müasir avadanlıqları, texnologiyanı yüksək qiymətləndirib. O bildirib ki, bu günə qədər demək olar ki, Türkiyənin əksər universitetləri ilə tanış olsa da, belə texnoloji avadanlıqların cəmləşdiyi universiteti ilk dəfə görür. Sədr müavini qeyd edib ki, Azərbaycanda xüsusilə tibb sahəsində təhsil alan tələbələrin universitetlə mübadilə aparması, burada biliklərinin təkmilləşdirməsi çox vacibdir.

Deputat Məlahət İbrahimqızı isə çıxışı zaman universitetdə Türkiyə-Azərbaycan qardaşlığının nümunəsini hiss etdiyini deyib. O, bunu İstinye Universitetinin Azərbaycan universitetləri ilə sıx əməkdaşlığında, eyni zamanda bir çox tələbələrin mübadilə prosesində gördüyünü vurğulayıb.

Deputat Sədaqət Vəliyeva bu səfərdən məmnun olduğunu və qarşılıqlı səfərlərin hər iki ölkə üçün səmərəli olacağını qeyd edib.

Deputatlar universitet rəhbərliyini Azərbaycana dəvət ediblər.


Liv Hospitala dünyanın hər yerindən mütəxəssislər gəlir

Nümayəndə heyəti Liv Hospitalla da tanış olub, klinikanın müdürü Meri İstiroti və baş həkimi Adil Tankla görüşüblər. Onlar Milli Məclisin Səhiyyə Komitəsinin üzvlərinə zaman ayırıb hospitala gəldikləri üçün təşəkkürlərini bildiriblər və hospital barədə məlumat veriblər.

Baş həkim Aydın Tank qeyd edib ki, hospital beş il fəaliyyət göstərməsinə baxmayaraq, çox ciddi nəticələr əldə edib və Türkiyə çapında ilk beşlikdədir:

“Liv Hospital beynəlxalq arenada sağlamlıq sahəsində lider olmaq məqsədi ilə ilk dəfə 2013-ci ilin yanvarında İstanbulda hər kəsə öz qapılarını açdı və həkim ixtisaslarına görə bütün sahələrdə xidmətlərini təqdim etdi. 2015-ci ilin yanvarında isə Liv Hospital ailə daha da genişləndi. Klinik mübadilə proqramı sayəsində qonşu ölkələrin həkimləri Liv-də təhsil ala bilərlər. Liv Hospital Xəstəxanasının Klinik Mübadilə Proqramı sayəsində, dünyanın hər yerindən mütəxəssislər və həkimlərlə əməkdaşlıq edir, son tibbi müayinələrin öyrənilməsi və inkişaf etdirilməsinə kömək göstərir. Elə sahə var ki, bu birincilikdi. Texnolji üstünlük məsələsinə görə nəinki Türkiyədə, dünyada da öncül yerləri tutur”.

Universitet və hospitalın beynəlxalq şöbəsinin müdürü Fatih Akpınar çıxışı zamanı deyib ki, Türkiyənin ayrı-ayrı bölgələrində ümumi şəbəkədə 30 xəstəxana var və bunun 4-ü Liv Hospitaldır:

“Hospital 1100 yerlikdir və 5 il müddətində bura 124 ölkədən xəstə gəlib. Hospitalda 17 dildə danışan 40 nümayəndə var. Biz beynəlxalq şöbəyə ayrı-ayrı xalqların nümayəndələrindən əməkdaşlar götürmüşük. Məqsəd isə hospitala gələnlərin danışmaqda çətiklik yaşamamasıdır. Ümumiyyətlə, 5 il ərzində hospitala 65 min xarici xəstə müraciət edib. Bu da il ərzində təxminən 15 min xəstə deməkdir. Xəstələr ən çox türkdilli ölkələrdən, Qafqaz ölkələrindən, Balkanlardan, ərəb ölkələrindən və Avropadan gəlirlər. Ümumiyyətlə, burada robot cərrahiyyəyə üstünlük verilir. Xüsusilə kök hüceyrə məsələsində xəstəxanamız və universitetimiz ölkədə birinci sıradadır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Liv Hospitalda gördüklərindən məmnun olduğunu vurğulayıb:


“Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf müşahidə edilir. Azərbaycandakı xəstəxanalarda texnoloji üstünlüklər kifayət qədərdir və onlar müasir avadanlıqlarla təmin olunub. Azərbaycan səhiyyəsinin inkişafında prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət ayırdığını vurğulamaq lazımdır. Bu günə qədər Azərbaycana xeyli əcnəbi həkimlər gəlir və bunların içərisində təbii ki, Türkiyə birincilik təşkil edir. Amma bəzən bu sahədə müəyyən problemlər ortaya çıxır. Böyük xəstəxanalar ya özünü axıra qədər doğrultmur ya da hansısa xəstələrə verilən sözlərə bəzən əməl edilmir. Amma bu, bütün xəstəxanalara şamil olunmur. Çox istərdim ki, dünyada məşhur olan Liv Hospitalı bu kimi məsələlərdən tam uzaq olsun. Əslində buradakı texnoloji avadanlıqlar məsələlərin bu cür həll olunmasına imkan verir. Çünki hər hansı bir yanlışlıq həmin qurumun iflasına gətirib çıxara bilər”.

Əhliman Əmiraslanov həmçinin bildirib ki, indi xarici ölkələrə müraciət edən xəstələrin əksəriyyətini maliyyə məsələsi daha çox maraqlandırır. Bu baxımdan komitə sədri hospitalın qiymətləri ilə də maraqlanıb. Ə.Əmiraslanov deyib ki, Liv Hospital Türkiyənin ən qabaqcıl xəstəxanalarından olsa da, burada qiymətlər digər xəstəxanalarla müqayisədə aşağıdır.


Qarabağ qazilərinə və şəhid ailələrinə pulsuz xidmət ediləcək

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı çox maraqlı məsələyə toxunub. O Azərbaycanın hazırda müharibə şəraitində olan ölkə olduğunu bildirərək təkliflə çıxış edib:

“Bizim müharibə zamanı sağlamlıqlarına ciddi ziyan dəymiş qazilərimiz və şəhid ailələrimiz var. Çox yaxşı olardı ki, Liv Hospitalda onlara ödənişsiz xidmət göstərilsin”.

Hospitalın müdürü Meri İstiroti təklifi böyük hörmətlə qarşılayıb və söz verib ki, 2018-ci ildən bu məsələyə diqqət ayrılacaq:

“Liv Hospital Azərbaycanda müalicəsi çətin olan, eyni zamanda Qarabağ qazisi, şəhid ailəsi üçün öz imkanlarını pulsuz açacaq. Biz azərbaycanlıları öz həmvətəndaşlarımız hesab edirik və bu məsələni nəzərdə saxlamaq borcumuzdur”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev belə imkanlı və texnoloji, kadr cəhətdən tanınan universitetin Azərbaycanda ciddi şəkildə tanınmasına ehtiyac olduğunu bildirib:

“Hətta Azərbaycanın böyük bölgələrindən olan həkimlər bura cəlb edilə bilər. Eyni zamanda, hospitalın həkimləri də Azərbaycanın bölgələrinə gedib öz təcrübələrini paylaşa bilərlər. İstinye Universitetinin, həmçinin Liv Hospitalın təcrübə mübadiləsi Azərbaycan səhiyyəsində ciddi irəliləyişlərə səbəb olacaq. Bunun üçün geri döndükdən sonra öz imkanlarım daxilində hər şey edəcəyəm. Həm universitet, həm də hospitalın ölkəmizdə tanınması üçün xüsusi plana ehtiyac var. Yəni həkimlərlə yanaşı, reklam və PR məsələsi xüsusi önəm kəsb edir”.


Onkoloji xəstəliklərin müxtəlif üsullarla müalicəsi mümkündür

Nümayəndə heyətinin üzvləri ürək-damar cərrahı, professor doktor Ahmed Özkara, kök hüceyrəsi üzrə professor doktor Erdal Karaöz, beyin cərrahı Mustafa Kemal Hamamcıoğlu ilə ayrı-ayrılıqda söhbət ediblər. Mütəxəssislərin hər biri öz sahələri ilə bağlı hospitalda gördükləri işlərdən danışıblar. Onları dinləyən nümayəndə heyəti böyük məmnunluq hissi keçiriblər və qeyd ediblər ki, kök hüceyrə sahəsində Türkiyə dünyanın ən qabaqcıl ölkəsidir.

Xəstəxanadakı texnoloji üstünlüklər, kadrların hazırlığı və xəstəxanaya müraciət edənlərin əvvəlki və sonrakı durumunu müqayisə edən nümayəndə heyətinin üzvlərində belə bir təəssürat yaranıb ki, burada hər bir xəstəliyin, hətta çətin sayılan onkoloji xəstəliklərin müxtəlif üsullarla müalicəsi mümkündür. Bildirilib ki, Liv Hospitalın mütəxəssisləri bədəndə əməliyyat olunan hissənin bərpası üçün regerenasiyanı yaradan hüceyrələri tapıb insan bədəninə vurmaq istəyirlər..

Qeyd edək ki, Liv Hospitalında məşhur həkimlər çalışır. Onların möcüzə doğuran əməliyyatları, insanlara necə həyat vermələri barədə növbəti yazılarımızda məlumat verəcəyik.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı