Sellofan paket kimi tanınan polietilən torbalar qidaları zəhərləyir və hətta xərçəng xəstəliyinə səbəb olur. Məhz bu səbəbdən dünyanın bir sıra ölkələrində bu torbalardan istifadəni məhdudlaşdıran qanunlar qəbul olunub. Elə Türkiyədə də 2018-ci ilin yanvarından bu cür kisələrdən istifadəni məhdudlaşdıran qanun qəbul olunub.
Mütəxəssislər bildirir ki, polietilən torbalar qidalara və ərzaq məhsullarına ciddi zərər vurur və onların keyfiyyətini aşağı salmaqla bərabər, hətta tərkibini də dəyişir.
Ekspertlər bildirir ki, bu torbalardan maksimum səviyyədə az istifadə etmək lazımdır.
Onu da qeyd edək ki, polietilən torbaların zərəri təkcə qidaları korlamaqla bitmir. Hətta bu torbalar zibil kimi təbiətə atıldıqda torpaq qatını da zəhərləyir. Bir polietilən torbanın məhv olması üçün 800 il tələb olunur. Bu torbaları bir çox ölkələrdə dənizə atmaq da qadağan edilir. Çünki dəniz canlıları məhz bu torbaları yeyərək kütləvi şəkildə məhv olurlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: