İlk enerji içkisi: tərkibində radioaktiv maddələr olan “Raditor”
XX əsrin əvvəllərində radioaktiv maddələrin zərərli təsirləri insanlara məlum deyildi.
Hətta bəzi alimlər bu maddələrin insanlar üçün xeyirli olduğunu deyirdi. Bir çox şirkətlər öz məhsullarında bu maddələrdən istifadə edirdi.
Bu məhsullardan biridə “Raditor” olub.
İçki su ilə radioaktiv maddə olan radiumun qarışığından düzəldilib. Şirkət o zaman içkinin insanlara enerji verməsilə yanaşı bir sıra xəstəliklərin müalicəsində istifadə edilə biləcəyini iddia edib. Hətta içkinin afrodizyak təsirinin olduğunu elan edirlər. Raditor qısa zamanda varlıların sevimli içkisinə çevrilir. Amma əhalinin çox hissəsi bu içkini ala bilmir. Çünki bu içkinin qiyməti o vaxtlar üçün çox yüksək idi. Bəlkə də bunun sayəsində bu içkiyə görə ölənlərin sayı az olub.
Milyonerin ölümünə səbəb olur
Amerikalı Milyoner Elen Bayer bu içkidən ölən ilk şəxs olub. Ona bu içkini içməsini tövsiyə edən onun həkimi olub. Içkidən mütəmadi olaraq içən Milyonerdə ilk olaraq fiziki dəyişikliklər müşahidə olunub. Bir müddət sonra isə Elen Bayer vəfat edir. Bundan sonra isə amerika höküməti şirkəti bağlayır.