Stenford Universitetinin alimləri xərçəng xəstəliyinə dərman olacaq universal vaksin hazırladıqlarını bəyan ediblər.
Alimlər onkoloji xəstəliklərlə mübarizədə qalib gəlməyə imkan verən vaksinin kliniki sınaqlarına başladıqlarını söyləyiblər.
Onların sözlərinə görə bədxassəli şişin məhv olması üçün bircə inyeksiya yetərli olacaq. Vaksin immun sistemini aktivləşdirən və müdafiə reaksiyası verməsinə səbəb olan iki preparatın birləşməsindən ibarətdir. Artıq siçanlar üzərində aparılmış sınaqlar uğurlu nəticələr verib və onlardakı bədxassəli şişlər inyeksiyadan sonra kiçilərək yoxa çıxıb. Alimlərin iddiasına görə, preparat bədənə inyeksiya şəklində yeridiləcəyinə görə, bu digər növ müalicələr zamanı ortaya çıxan yan effektlərin də aradan qalxması ilə nəticələnəcək.