Genom Layihəsindən aparıcı genetikləri bildirirlər ki, on ildən sonra viruslar, xərçəng, yaşlanma, radiasiya və donmaya həssas olmayan immunitet hüceyrələrinin yaradılması mümkün olacaq.
Onlar ifadələrində bağırsaq çöpləri hüceyrəsində olan təcrübəni genişləndirdiklərini söyləyiblər. Mütəxəssislər bildiriblər ki, bakteriyaların genomunda 321 dəyişiklik edilib, ondan sonra onların hüceyrələrində viruslara qarşı immunitet yaranıb. Lakin bitki və ya məməlilərin genini proqramlaşdırmaq daha çox səy tələb edir.
Harvard Tibb Məktəbinin professoru George Church “Stat” portalına verdiyi müsahibədə bildirib ki, “İnsan genində hər bir proteinin yenidən proqramlaşdırılması üçün təxminən 400 min dəyişmə lazım olacaq”.
Onun sözlərinə görə, insan genindən iyirmi min lazımsız kodonları çıxarmaq lazımdır (genetik kod vahidi.Red.).
Bununla belə, elm adamları nəzərdə tutulan nəticələrin on il ərzində əldə olunacağına əmin olduqlarını bildiriblər. Bundan əlavə genetiklərin fikrincə bu proqramlaşdırma ilə insan genlərini radiasiya, yaşlanma və soyuqdan qorunmaq mümkün olacaq. Eləcə də xərçəng riskini də əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.(moderator.az)