Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil Pediatr

Sağlamlıq 21:44 09.01.2019

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən həkim-pediatr Vaqif Qarayevdeyir ki, rəsmi məlumata görə, respublika ərazisində qrip yoxdur:

“Bəzən biz boğaz ağrısını, öskürək və burun axması ilə müşahidə edilən narahatlıqları ümumi olaraq qrip adlandırırıq. Əslində, qrip virusu, bu xəstəliyin törədiciləri isə ağır epidemiya yarada biləcək qədər ciddi, kütləvi şəkildə ölümlərə səbəb ola biləcək qədər ağır bir xəstəlikdir. Adi zökəm, boğaz ağrısını qrip adlandırmaq düzgün deyil. Mövsümlə bağlı olan və insanlarda yuxarı tənəffüs yollarını zədələyən viruslar var.

Bu xəstəliklərin özü, eləcə də, gedişatı qrip viruslarından fərqlidir. Xüsusən azyaşlı uşaqların orqanizmi, immuniteti zəif olduğundan tez-tez xəstələnirlər. Valideynlər uşaqlarını bu mövsümi viruslardan qorumaq üçün onları insanların sıx toplaşdığı məkanlara aparmamalıdırlar.

İnsanların ən tez çirklənən əzası əlləridir. Tez-tez əllər yuyulmalı, küçəyə çıxan zaman qoruyucu maskalardan istifadə edilməlidir. Xəstə uşaqları qətiyyən bağçaya, məktəbə göndərmək olmaz. Böyüklər də mümkün qədər xəstə halda işə getməməlidir. Bir kollektivin xəstəliyə yoluxması üçün iki nəfər xəstə insan kifayət edir. Bunun kütləvi hal almasının qarşısını almaq üçün həmin şəxslərin mütləq şəkildə evdə qalıb müalicə olunmaları vacibdir”.

Həkimin sözlərinə görə, qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda donuz qripi və ona bənzər ən ağır və ölümlə nəticələnən xəstəliklərə rast gəlinmir:

“Qrip virusunun üç A, B, C növü var. H1N1 virusu da məhz qripin modifikasiya olunmuş növlərindən biridir. Eləcə də, “quş qripi” və digərləri. Bu gün qonşu ölkə olan Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatıb. Bu isə Azərbaycanda da normal olaraq insanlar arasında təlaşa səbəb olub. Bu viruslar ağ ciyər ödəmi (sətəlcəm) kimi ağırlaşaraq, qısa müddətdə ölümə apara bilir”.

Bəs bu virus və onun törədiciləri ilə necə mübarizə aparmalı? Antibiotiklə müalicə nə qədər təsirlidir?

Pediatrın sözlərinə görə, həkim təyinatı olmadan uşaqlara antibiotik verən valideynlər onların həyatını ciddi təhlükəyə atır:

“Xəstəliyə yoluxmamaq üçün insanlar özlərini qorumalıdırlar. Bu il mövsümi xəstəliklər arasında ağırlaşma müşahidə edilmir. Ötən il frantit, hormolit, pnevmaniya, qulaq ağrısı kimi ağırlaşmalar, demək olar ki hər iki uşaqdan birində müşahidə edilirdi. Amma bu il nadir hallarda rast gəlinir.

Hər xəstəliyin özünün müalicə metodu var. Yaxşı olar ki əvvəlcə həkimə müraciət etsinlər və yüngül qızdırma salan antibiotiklərdən istifadə etsinlər. Təəssüf ki, həkimə deyil, aptekə müraciət edib, müxtəlif antibiotiklər alıb istifadə edirlər.

Aptekdə dərman satışı ilə məşğul olan şəxslərin mağazalarda satıcı kimi çalışanlardan heç bir fərqi yoxdur. Onların təqdim etdiyi hər hansı bir antibiotiki alıb qəbul etmək olmaz. Bəzi antibiotiklər qulağa, eşitmə sinirlərinə, qaraciyərə mənfi təsir edir.

Ümumiyyətlə, bütün dərmanların bir müsbət təsiri varsa, bir neçə mənfi təsiri var. Bütün xəstəlik törədici virusların təsnifatı var və onlara uyğun müalicə təyin edilməlidir. Çünki uşaqlar tez-tez xəstələnən zaman orqanizmin immun sistemi daha da zəifləyir”.

Gündəlik istehlak edilən meyvə-tərəvəzlərin tərkibinə müxtəlif antibiotiklər vurulur? 

Vaqif Qarayev dünya praktikasında aqrar sektorda meyvə və tərəvəzlərin tərkibinə güclü antibiotiklərin vurulduğunu deyir. Bunun isə insan orqanizmi üçün çox ciddi təhlükələri mövcuddur:

“Meyvə-tərəvəzlərin tez yetişməsi üçün gübrələrin tərkibinə antibiotiklər vururlar. Broyler toyuqlarının daha iri görünməsi üçün onların tərkibinə antibiotiklər vurulur. Artıq antibiotikli tərəvəzləri yedikdən sonra onlar bizim orqanizmimizdə yığılıb qalır. Daha sonra biz xəstələnən zaman həmin törədici virusa təsir edə biləcək antibiotikə qarşı bədənimizdə davamlılıq mövcud olduğu üçün dərman heç bir effekt verməyəcək. Bu, əslində, çox ciddi problemdir. Ona görə də bəzən həkimlərdən narazılıq edirlər.

Demirəm ki, həkimlər hər şeyi mükəmməl yazır, bilir, amma hər halda bu kütləviləşirsə, burada yalnız həkimdə günah axtarmaq doğru deyil. Qidaların keyfiyyəti və orqanizmə təsiri də bu proseslərin gedişatına və geniş yayılmasına təsir edir. Bu gün dünyada törədicilərə birəbir təsir göstərə biləcək güclü, super antibiotik axtarışları davam edir”.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı