Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar verib.
Eurasia Diary-nin məlumatına görə, bu barədə qərarı Şuranın sədri Şahin Mustafayev imzalayıb.
“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq, Tarif (qiymət) Şurası dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.
Qərar imzalandığı gündən qüvvəyə minir.
Dərmanların adları barədə siyahını linkdən əldə edə bilərsiz.