“Son günlər sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Eurasia Diary-nin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda daha sonra qeyd olunur ki, həmin virusun ölkəmizdə yayılmadığı barədə dəfələrlə epidemioloq, infeksionist və digər mütəxəssislər konkret olaraq bildiriblər.
“Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqədardir. Nazirlik bir daha yayılan həmin məlumatları doğru olmadığı bildirir və qeyd edir ki, həqiqətdən uzaq olan həmin məlumatların heç bir əsası yoxdur” – deyə rəsmi məlumatda bildirilir.