Ölkədə yayılan xəstəlik Onu məxmərəkdən necə ayıraq?

Sağlamlıq 13:14 23.01.2019

Artıq bir müddətdir respublikada həm uşaqlar, həm də müxtəlif yaş təbəqəsindən olan insanlar arasında qızılca xəstəliyinin yayıldığı müşahidə edilir. Pediatrların sözlərinə görə, əhalinin xəstəliklə bağlı məlumatsız olması onun müalicəsində də gecikmələrə səbəb olur.

Məsələ ilə bağlı axar.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, valideynlər bəzən qızılca ilə məxmərək xəstəliyini səhv salırlar:

“Qızılcanın gedişatında mərhələlilik var. Qızdırma yüksək, səpkilər çox olur, ciddi ağırlaşmalar müşahidə edilir.

Məxmərək isə yüngül gedişatlıdır, səpki elementləri zəngin olmur, nadir hallarda ağırlaşmalar olur, insan daha tez sağalır.

Şübhəli hallarda qızılca törədicisi laborator yoxlanılır, yoxlanılmalıdır da. Çünki qızılca keçirən xəstələrdə güclü immunitet yaranır. Yəni xəstə qızılca keçirib-keçirmədiyini dəqiq bilməlidir”.

Bu iki xəstəliyi bir-birindən fərqləndirən digər özəlliklər aşağıdakılardır:

Qızılca - kəskin yoluxucu virus xəstəliyidir. Bütün yaşlarda özünü göstərə bilər. 1 yaşdan 4-5 yaşa qədər uşaqlarda isə daha çox müşahidə edilir.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.

Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Səpkinin 4-cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq, xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyil.

Xəstəlik sağaldıqdan sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, ancaq hələ də bir müddət yorğunluq, ümumi halsızlıq, yuxu pozğunluğu qeydə alına bilər.

Qızılcanı böyüklər uşaqlardan daha ağır keçirir.

Məxmərək - səpkilər, qızdırma və limfa düyünlərinin böyüməsinı səbəb olan bir infeksiyadır. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpkilər əmələ gəlir. 2-3 gündən sonra səpkilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.

Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür. Ümumi sağalma 14-21 gün çəkir. Məxmərək xəstəliyindən sonra insan orqanizmində heç bir fəsad qalmır. Müalicə zamanı heç bir spesifik dərman preparatlarından istifadə olunmur. Müvafiq tələbat yarandığı halda, həkim tərəfindən vitaminlər, zökəm və öskürəyə qarşı dərmanlar təyin edilə bilər.

Sağlam insan bu xəstəliyə xəstə insanın asqırması və öskürməsi zamanı havaya səpilən viruslardan yoluxa bilər.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Hamısı