Hər gün təmasda olduğunuz kassa qəbzlərinin xərçəng yaratdığını bilirdinizmi...

Sağlamlıq 21:50 26.01.2019

Mağazalarda, bank və digər obyektlərdə ödəniş edərkən aldığımız kağız qəbzlər xərçəng xəstəliyinə səbəb ola bilər. Tədqiqatçılar iddia edirlər ki, belə kassa çeklərinin tərkibində kanserogen, hormonal tarazlığı pozan maddələr var.

Virtualaz.org xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qəzetin  yazdığına görə, hazırda bütün dünyada qəbzlər BRA (Bisfenol A) kimyəvi maddəsi vurulan termal kağızda çap olunur. Qəbzlərə bu təhlükəli maddə ona görə vurulur ki, onları çap edən zaman mürəkkəbdən çox istifadəyə ehtiyac qalmır və daha tünd görünür.

Bisfenol maddəsindən həmçinin plastik butılka və qida qablarının hazırlanmasında da istifadə olunur. Tərkibində sözügedən kimyəvi maddə vurulmuş qəbz isə hormonlarla bağlı olan xərçəng növlərinə, sonsuzluğa, autizmə, sürətli piylənməyə, ikinci tip diabetə və digər xəstəliklərə səbəb ola bilər.

 

İspaniyanın Qranada Universitetinin rəhbərliyi ilə beynəlxalq tədqiqatçılardan ibarət qrup Braziliya, İspaniya və Fransadan olan 112 qəbz və biletlər üzərində araşdırma apararaq bu qənaətə gəliblər. Universitetin professoru Nikolas Oleanın sözlərinə görə, bu kağız növü istilik mənbəyinə, məsələn, kibritə yaxınlaşdıqda tamamilə qaralır.

“Environmental Research" dərgisinin yazdığına görə, Braziliya və İspaniyadan toplanan qəbzlərin 90 faizdən çoxunun tərkibində bisfenol maddəsi tapılıb. Fransadan gətirilən qəbzlərin isə yarısının tərkibində sözügedən maddə aşkarlanıb.

Oxşar araşdırma ötən ilin yanvar ayında ABŞ-ın Miçiqan ştatında “Ekoloji Mərkəz” qeyri-hökumət təşkilatı tərəfindən aparılmışdı. Tədqiqatçılar 2017-ci ilin yanvar ayından aprel ayına qədər müxtəlif təşkilatların - ərzaq mağazalarının, yanacaqdoldurma məntəqələrinin, kinoteatrların, kitabxanaların 207 qəbzini analiz ediblər. Belə qənaətə gəlinib ki, saatda 30-a yaxın qəbzlə işləyən kassir və ofisiantların qanında və sidiyində adi insanla müqayisədə bisfenolun miqdarı xeyli yüksəkdir.

Qranada Universiteti

Araşdırmaçılar hesab edirlər ki, əhali ölkə rəhbərliyi bu problemlə bağlı gərəkli addımlar atana qədər həmin qəbzlərdən imtina etməlidir. Artıq İspaniya hökuməti 2020-ci ilə qədər qəbzlərin tərkibinə BRA vurulmasının qarşısının alınacağı ilə bağlı vəd verib. Fransa hökuməti isə 2014-cü ildən termal kağızların qarşısının alınması ilə bağlı hərəkətə keçib.

Ona görə də, qəbzlərlə daha ehtiyatlı davranmaqla bağlı əhaliyə xəbərdarlıq edilib. Tədqiqatçılar  bildirirlər ki, qəbzləri çantada, pul qabında, cibdə və digər yaxın təmas olunan yerlərdə saxlamaq orqanizm üçün təhlükəlidir. Bu qəbzlərin digər bir xüsusiyyəti isə, bir müddətdən sonra üzərindəki yazıların silinməsidir. Məsələn, mağazadan alınan hər hansı əşyanı bir neçə gündən sonra geri qaytardıqda, kassir müştəriyə heç bir şey görə bilmədiyini söyləyir. Əksər hallarda isə  çantadan belə bir çek tapıldığında gözə görünən ancaq havadakı ağ toz olur. Yəni, BRA barmaqlarımıza yapışan ağ tozdur.

Məlumdur ki, bu cür  termal kağızlardan Azərbaycanda da geniş istifadə olunur. Mağazalar, banklar, əyləncə mərkəzləri, restoranlar və demək olar ki, bütün kommunal xidmətlərə ödənişlə bağlı əhaliyə məhz belə qəbzlər verilir. Bisfenol A maddəsi sərt plasmasın tərkibində, uşaq oyuncaqlarında, DVD, CD disklərdə, hətta bəzi usaq əmziklərinin tərkibində var. BRA saxta hormon kimi davranaraq hormonların funksiyalarına mənfi təsir edir.  Xüsusən uşaqlar bu maddəyə qarşı daha həssas olurlar. Bu qədər böyük əks təsiri olan maddəni təhlükəsiz alternativlə əvəzləmək mümkündürmü?

Həkim Adil Qeybulla deyir ki, kassa qəbzlərini elektron variantla əvəzləməklə təhlükənin qarşısını almaq mümkündür. Onun virtualaz.org-a bildirdiyinə görə, müxtəlif plastik qablarda şüa altında, günəşin təsirindən və digər müxtəlif təsirlərdən bioksin adlanan adlı toksin əmələ gəlir. Bu maddə də orqanizm üçün çox təhlükəlidir. Kassa qəbzləri ilə bağlı da oxşar problemdir.

“Bu təkcə kassa qəbzlərinə aid deyil, bütün leybl, ultrasəs aparatlarında oxşar problem var. Problem həmin kağızların hazırlandığı texniki materialddır. Bunun əhaliyə böyük  kanserogen təsiri ola bilər. Hazırda dünyada bu cür tədqiqatlar gedir və müəyyən dövrdən sonra Ümumdünya Səhiyyə Təşkilatında bir rəy formalaşır. Onun da əsasında qərar verilir ki, bunlar qadağan olunsun, ya yox. Yəqin ki, yoxlamalar bu nəticəyə gəlib. Əgər belə bir qənaətə gəlinibsə, biz də ona qarşı bir tədbir görə bilərik. Əvvəl kassa çekləri yox idi, dünya dağılmırdı ki... Başqa bir variant , məsələn, elektron variant seçilə bilər”, - A. Qeybulla bildirir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə virtualaz.org-a açıqlamasında qeyd edir ki, bütün dünyada buna bənzər həddindən çox problem var. Hələ ki, qeyd olunan problemin qarşısının alınamsı üçün heç bir cəhd olunmayıb: “Biz istehlakçılar çox sadəlövhük, elə bilirik ki, bizim sağlamlığımızın keşiyində duran qüvvələr var, standartlar bizi qoruyur. Əslində isə, bunlar hamısı yalandır. Dünyada heç bir hökumətə onun əhalisinin 80 faizinin pensiyaçı olması, uzunömürlü olması lazım deyil. Lakin ayrı-ayrı ölkələrdə istehlakçı təşkilatlarının belə məsələlərdə təşəbbüslərlə çıxış edirlər. Azərbaycanda da belə problemlər çoxdur, lakin hələ onların həllinə yaxınlaşmaq üçün cəhd olunmayıb. Düşünürəm ki, öncə biz plastik torbaların istifadəsinin, ağır tullantıların qarşısını almalıyıq”.

E. Hüseynov deyir ki, əslində istehlakçı təşkilatları belə problemlərin qarşısının alınması üçün çalışmalıdırlar:“Çünki hansısa təzyiqlər olmasa, bu problemin həlli mümkün olmayacaq. Lakin biz hələ bu məsələ ilə bağlı kifayət qədər informasiyaya malik deyilik ki, məsələni hökumət qarşısında qaldıraq”, - AİB sədri qeyd edib. 

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Hamısı