Donuz qripi dəhşəti - 226 nəfər öldü | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Donuz qripi dəhşəti - 226 nəfər öldü

Səhiyyə A- A A+

2019-cu ilin yanvar ayında və fevralın ilk günlərində Hindistanda “donuz qripi” xəstəliyindən 226 nəfər ölüb.

Eurasia Diary Hindistan KİV-lərinə istinadla xəbər verir ki, təkcə fevralın 5-də H1N1 virusu bu ölkədə 31 insanın ölümünə səbəb olub. Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələrində 6601 nəfərin bu virusun daşıyıcısı olduğu müəyyən edilib. Onlardan 2030 nəfəri virusa son yeddi gündə yoluxub. “Donuz qripi” xəstəliyinin epidemiyaya çevrildiyi bölgə isə 85 nəfərin öldüyü Rajastan əyalətidir. Dehli, Qujarat, Haryana əyalətlərində də virusun yayılması təhlükəli həddə çatıb. Hindistan paytaxtında 479 nəfərdə “donuz qripi” xəstəliyi qeydə alınıb.

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...