Zəlzələ nəticəsində 30 nəfər təcili yardım çağırıb - birinin beyninə qan sızıb | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Zəlzələ nəticəsində 30 nəfər təcili yardım çağırıb - birinin beyninə qan sızıb

Səhiyyə A- A A+
Şamaxıda baş verən zəlzələ nəticəsində təcili yardıma 30 müraciət daxil olub. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, gecə saatlarında 6 təcili tibbi yardım briqadası işləyib.
 
“Şamaxı rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş rejimdə çalışıb. Müraciət edənlərdən 3 nəfər Travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara şöbədə lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın Terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Daha bir nəfərin isə həyacandan beyninə qan sızıb. Onun 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir”, - deyə nazirlikdən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...