Ən qədim xərçəng şişi aşkarlandı | Eurasia Diary - ednews.net

21 İyul,


Ən qədim xərçəng şişi aşkarlandı

Səhiyyə A- A A+

Berlinin təbiətşünaslıq muzeyinin mütəxəssisləri 240 milyon il əvvəl yaşamış tısbağanın qalıqlarında xərçəng əlamətləri aşkarlayıb.

Eurasia Diary xəbər verir ki, bu barədə “EurekAlert!” elmi xəbərlər portalında məlumat yayılıb.

Alimlər əmin edir ki, müasir tısbağaların Trias dövründə yaşamış əcdadının bel sümüyündə bədxassəli törəmə olub. Tədqiqat nəticələrinə görə, şişin xarakteristikası bir çox müasir xərçəng xəstələrində müşahidə olunan osteosarkomaya uyğun gəlir.

Bu tip şiş, adətən, sümüklərin səthində yerləşir və sürətlə inkişaf edir. Həmçinin, digər xərçəng növləri ilə müqayisədə, daha erkən metastaz verir (ikinci dərəcəli şişli ocaqlar).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...