Virtual oyunlar şagirdlərə necə təsir edir? - Psixiatrdan SOS | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Virtual oyunlar şagirdlərə necə təsir edir? - Psixiatrdan SOS

Səhiyyə A- A A+

Virtual oyunlar uşaqların gərginliyi, mübahisəsi və onlarda davranış asılılığına yol açır. Araşdırmalar şiddəti əks etdirən virtual oyunlar oynayan yeniyetmələrin yuxuda döyüş səhnələri gördüklərini sübut  deyir. Mütəxəssislərə görə, ana və ata burada mühüm rol oynamalı, ailə birlikdə çox vaxt keçirməlidir. Təsadüfi deyil ki, Rusiyada 15 yaşlı yeniyetmə sırf insan öldürməyin necə hiss olduğunu bilmək üçün kompüter oyunundakı ssenarini tətbiq edərək gənc qadını öldürüb. Hadisə, İnternet istifadəsi və virtual oyunların təsirini gündəmə gətirib.

Üsküdar Universiteti NPİstanbul Beyin xəstəxanasının psixiatrı Dr. İşıl Göğcegöz bəzən yaşamı asanlaşdıran internetin gənc və yeniyetmələr üçün təhlükə mənbəyi olduğunu bildirib.

Davranış asılılığa çevrilir.

“Virtual oyunlar oyunun məzmununa görə şiddət davranışını normallaşdırır” deyən İşıl Göğcegöz, bunları əlavə edib: “Eyni zamanda gənclər və uşaqlar tanımadıqları adamlarla ünsiyyətə girərək, istismara məruz qala bilir. Saatlarla oyun oynamaq piylənmə, yuxu pozuqluğu, baş ağrıları, eləcə də əsəb və aqressiv davranışları artıra bilir. Həmçinin virtual oyun vaxt keçdikdə davranış asılılığına çevrilə bilir”.

Döyüş yuxuda belə davam edir.

Virtual oyunların real və real olmayan konsepsiyaların müzakirəsi və bir-birinə qarışdırılmasına səbəb olduğunu bildirən İşıl Göğcegöz, “Virtual oyunlarda, reallığın içi boşaldılaraq yaradılan süni mühit, həqiqətin yerini alıb. Edilən araşdırmalar da şiddət təbliğ edən virtual oyunları oynayan gənclərin yuxularında döyüşə davam etdiklərini və özlərini təhdid altında hiss etdiklərini bildirir. Həmçinin bu oyunların şagirdlərdə sinif içində güvən hislərinə mənfi təsir göstərir” deyib.

Ailə daxili əlaqələrin keyfiyyəti artırılmalıdır

Ana və ataların əvvəlcə özlərini İnternet istifadəsi, virtual oyunlarla bağlı araşdırmalı olduqlarını bildirən Dr. İşıl Göğcegöz, “Valideynlər müsbət rol modeli olmalıdır. Ailə daxili əlaqələri artırmaq üçün birlikdə keçirilən vaxtların keyfiyyətini artırmaq olduqca önəmlidir. Gənclər və uşaqlar sosial fəaliyyətlərini artırmaları üçün dəstəklənməlidir. Ailə ilə birlikdə ediləcək fəaliyyətlər, dostlarla keçiriləcək vaxtlar artdıqca gənclər bu növ təhlükələrdən uzaq qalacaq. Beləliklə gənclərimizi və uşaqlarımızı virtual dünyadan çəkərək real dünyanın fərqində olmaqlarını təmin edə bilərik” deyib.

Oyunlar məhdudlaşdırılmalıdır.

Yaş qrupuna görə oyunun məzmunu, istifadə  edilən vaxt uyğun olarsa, virtual oyunların müsbət təsirlərinin ola biləcəyini deyən Dr. İşıl Göğcegöz, “Ümumi olaraq yaş qrupuna görə 30 dəqiqə ilə 1-2 saatı keçmiyəcək şəkildə internet və sosial interneti istifadə etməsi, virtual oyunların günlük  istifadəsi məhdudlaşdırılmalıdır” xəbərdarlığını edib.

Tənzimləmə aparılmalıdır.

Rəqəmsal oyunların, məzmun baxımından dəyərləndirilməsi və yaş qruplarına görə siniflərə bölünməsi üçün Avropa Birliyi üzv ölkələri və Amerika Birləşmiş Dövlətləri öz ictimai dəyərlərini diqqətə alaraq Pan Avropa Oyun İnformasiya sistemi (PEGİ) və Əyləncə Proqram Qiymətləndirmə Şurası (ESRB) adları altında yaş dərəcələndirmə və mövzu dəyərləndirmə sistemləri hazırladıqlarını deyən İşıl Göğcegöz, “Türkiyədə isə belə proqram hələlik qeyri-adekvatdır. Təcili olaraq Türkiyədə də belə  siniflərə bölünmə sisteminin inkişaf etdirilməsi və tətbiq edilməsi lazımdır” deyib.

AzEdu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...