Alimlər açıqladı - Bu qida xərçəng yaradır | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Alimlər açıqladı - Bu qida xərçəng yaradır

Səhiyyə A- A A+

Həddən artıq şəkər istehlak etmək xərçəng xəstəliyinə yoluxmaq riskini artırır.

Eurasia Diary xəbər verir ki, bu qənaətə ABŞ-ın Anderson adına Onkoloji Mərkəzinin alimləri gəlib.

Alimlər siçanlar üzərində təcrübə aparıb. Bəzi heyvanlara Qərb ölkələrində istehlak olunan səviyyədə saxaroza, bəzilərinə isə şəkərsiz nişasta verilib.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, birinci qrupun qanında şəkərin səviyyəsinin artması şişin sürətlə böyüməsinə səbəb olur.

Bundan başqa alimlər yüksək fruktozalı qarğıdalı siropunun siçanların ağciyərlərində metastazlara yol açdığını görüblər.

Alimlər xərçəng, şəkər, ürək xəstəliyi, piylənmə riskini azaltmaq üçün şəkər istehlakını tamamilə azaltmağı tövsiyyə ediblər. (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...