Səhər yeməyindən imtina xeyirlidir? | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Səhər yeməyindən imtina xeyirlidir?

Səhiyyə A- A A+

Avstraliyalı tədqiqatçılar səhər yeməyinin faydası haqqında mifi dağıdıblar.

Onlara görə, səhər yeməyindən imtina insanların artıq çəkili yox, daha zərif qamətli olmasına kömək edir.

Səhər yeməyindən tamamilə imtina etsəniz, tezliklə bir neçə kiloqram çəki itirərsiniz. Əvvəllər alimlər hesab edirdilər ki, səhər yeməyi maddələr mübadiləsini sürətləndirir və lazımi hormonların ifrazına kömək edir. Buna görə də insanların çəkisi artmır.

Təhlillər göstərib ki, bütünlükdə səhər yeməyindən imtina (xüsusi pəhriz təyin olunmuş insanlar istisna olmaqla) sağlamlığa zərər vurmur.

Amma səhər yeməyindən həmişəlik imtina etmək düzgün olmaz. Bu, illər ötdükcə ateroskleroza və digər xəstəliklərə səbəb ola bilər. 

 

e-tibb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...