ƏMR imzalandı - Ölkədə “İmmunlaşdırma həftəsi” keçiriləcək | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


ƏMR imzalandı - Ölkədə “İmmunlaşdırma həftəsi” keçiriləcək

Səhiyyə A- A A+

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, əmrdə 2019-cu ilin aprel ayının 24-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...