ÜST-dən həyəcan siqnalı! - Qızılca tüğyan edir | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


ÜST-dən həyəcan siqnalı! - Qızılca tüğyan edir

Səhiyyə A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə açıqladığı hesabat dünyada qızılca xəstəliyinin kəskin artdığını göstərir.

Trend-in məlumatına görə, 2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə bu rəqəm 28 min olub.

Hesabata görə, bu müddət ərzində artıq 170 ölkə qızılcaya yoluxma faktı barədə xəbər verib. Qızılcanın kütləvi yayıldığı ölkələr sırasında isə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Madaqaskar, Filippin, Efiopiya və Sudan var.

Qeyd edək ki, 2017-ci ildə qızılcadan 110 min adam dünyasını dəyişib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...