Lənkəranda it dişləyən 10 nəfərin vəziyyəti necədir? | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Lənkəranda it dişləyən 10 nəfərin vəziyyəti necədir?

Səhiyyə A- A A+
Lənkəranda it dişləyən 10 nəfərin hər birinə quduzluq əleyhinə zərdablar vurulub.
 
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. 

“Gigiyena və Epidemiologiya Stansiyasına, Bakteroloji laborotiyaya məlumat verilib. İtlər həmin şəxslərin müxtəlif bədən nahiyyələrindən dişləyib. Dərhal onlara ilkin tibbi yardım göstərilib, zərdab vurulması üçün poliklinikaya aparılıblar. Hər şey nəzarət altındadır. Bu gün evə buraxılacaqlar”. 

Qeyd edək ki, ötən gün axşam saatlarında Lənkəran rayonunun Liman şəhərində 10 nəfəri it dişləyib. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...