Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - ABŞ alimlərinin araşdırması | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - ABŞ alimlərinin araşdırması

Səhiyyə A- A A+

Beylor tibb kolecinin (ABŞ) alimləri Ramazan ayı zamanı tutulan orucla bağlı xüsusi araşdırma aparıblar.

Araşdırma zamanı alimlər belə nəticəyə gəliblər ki, oruc insan sağlamlığına çox müsbət təsir edir və bir çox ağır xəstəliklərin riskini azaldır.

Alimlər 30 gün ərzində 14 "oruc tutan" sağlam insana nəzarət edirdilər. Bu insanlar 15 saat ərzində qida və maye qəbul etmirdilər. İştirakçılar müəyyən fasilələrlə analiz üçün qan verirdilər. 

Eurasia Diary xəbər verir ki, araşdırmanın nəticələri medicalxpress.com-da dərc olunub.

Alimlər sübut edir ki, oruc tutmaq piylənmə, şəkərli diabet, metabolik sindrom və qaraciyər piylənməsinin riskini xeyli azaldır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...