Xərçəngin geniş yayılmasının səbəbi tapıldı | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

Səhiyyə A- A A+
ABŞ Taftsa universitetinin alimləri yeni elmi tədqiqatlarının nəticəsini "Canser Spektrum" adlı jurnalda dərc etdirərək, 20 yaşdan yuxarı 80.100 nəfər amerikalının xərçəngə yoluxmasının əsas səbəbinin pis və qeyri-düzgün qidalanma olduğunu elan ediblər.
 
Tədqiqata orta yaş həddində amerikalıların 2013-2016-cı illər arasında xəstəlikləri və profilaktika tədbirlərinin Milli nəzarət mərkəzinin məlumatları daxil edilib.
 
Alimlər xərçəngə səbəb kimi bu qidalanma amillərini sadalayıb:
 
- Meyvə-tərəvəzin çox az qəbulu
 
- Tam toxum, buğdanın azlığı
 
- Süd məhsullarının azlığı və keyfiyyəti
 
- Emal edilmiş ət, qırmızı ət, şirin qazlı içkilər
 
Düzgün qidalanmamaq səbəbindən aşağıdakı xərçəng növləri yaranır:
 
-Ən yüksək 38,3 % yoğun və düz bağırsağın xərçənginə səbəb olur. Eləcə də zərərli qidalar qırtlaq, qida borusu, ağız, uşaqlıq, süd vəziləri, mədə, qaraciyər xərçəngində yer tutur.
 
-16% hallarda piylənmə, aşırı köklük də bir çox xərçəng növlərinə səbəb olur.
 
Hazırda qida rasionunda bütün dünyada 60% yeri emal edilmiş zərərli qidalar tutur. İnsanlar ucuz, asan, tez başa gələn hazır qidalara qaçır.
 
Alimlər bildirir ki, ABŞ və digər ölkələrdə insanlar düzgün pəhrizə sövq edilsələr, əsas sağlam qidalar gündəlik menyuya daxil edilsə, ərzaqlarda faydalı maddələr artsa, xərçəngin qarşısını alıb, faizini azaltmaq olar. (Medicina.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...