Baş nazir qərar verdi: - Onlar üçün cinsin dəyişdirilməsi əməliyyatı pullu olacaq | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


Baş nazir qərar verdi: - Onlar üçün cinsin dəyişdirilməsi əməliyyatı pullu olacaq

Səhiyyə A- A A+

Baş Nazir Novruz Məmmədov “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.

Eurasia Diary xəbər verir ki, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:

-    xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit  “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);

-    tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);

-    tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;

-    cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;

-    reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;

-    xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;

-    kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;

-    qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...