Bakıda xəstəxanalardan birinin baş həkimi barəsində cinayət işi açılıb.
Eurasia Diary xəbər verir ki, "news24.az"ın məlumatına görə, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci, yəni, Vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.
Artıq cinayət işinin materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib və hakim Elnur Nuriyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.