Azərbaycanda həkim baş həkimi bıçaqladı | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


Azərbaycanda həkim baş həkimi bıçaqladı

Səhiyyə A- A A+
Sumqayıtda 1-ci mikrorayonda yerləşən “Sum Modern Dental Clinic”də bıçaqlanma hadisəsi qeydə alınıb.

Eurasia Diary "Qafqazinfo"ya istinadla xəbər verir ki, ilkin məlumata görə, stomatoloji poliklinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında olan mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib.

Baş həkim Şahin Baxşəliyev xəstəxanaya yerləşdirilib. Onun əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.

P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...