Normal bədən çəkisinin hesablanma QAYDASI - Bunu bilirdiniz? | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


Normal bədən çəkisinin hesablanma QAYDASI - Bunu bilirdiniz?

Səhiyyə A- A A+

Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı məsələlərdəndir. Arıqlamaq üçün ən müxtəlif üsullar olsa da, sağlam arıqlamaq daha düzgündür.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, artıq çəkinin hesablanması üçün bir sıra üsullar var: “Əgər boy 1,70 santimetr, çəki 70 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 70 rəqəmi 1,7-nin kvadratına bölünür, alınan rəqəm çəki normasını müəyyən edir. Həmin nisbət 18-dən 25-dək alınanda bunu normal bədən çəkisi hesab etmək olar. Alınan rəqəm 25-29,9 arasında olduqda bu, izafi çəki hesab edilir. Eləcə də 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır. Bədən kütlə indeksinin 18,5-dən aşağı olması çəki azlığı əlamətidir. Kişilərlə eyni boyda olan qadınların çəkisinin 5-8 kiloqram az olması normal hal sayılır”.

Kafedra müdiri onu da deyib ki, 60 yaşdan sonra hər on ildən bir çəkinin 5 kiloqram artması lazımdır ki, piy qatı dəri boşalmalarını doldursun.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...