"Meyvələrin kralı" - yaşlanmaya qarşı qida | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


"Meyvələrin kralı" - yaşlanmaya qarşı qida

Səhiyyə A- A A+

Araşdırmalar "meyvələrin kralı" adlandırılan və tropik meyvə olan manqonun bir sıra faydalarını üzə çıxarıb.

Eurasia Diary Azərtac-a istinadən bildirir ki, manqodakı antioksidant birləşmələrin orqanizmdə yoğun bağırsaq, qan, süd və prostat vəzilərinin xərçənginə qarşı müdafiə yaratdığı məlum olub. Bununla yanaşı, manqo yüksək lif, pektin və C vitamin ehtiva etməklə xüsusilə qanda aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini salmağa kömək edir.

Təmiz dəriyə sahib olmaq üçün manqonun istifadəsi məsləhət görülür. Belə ki, o, dəridəki dolmuş məsamələri təmizləyir və sızanaqları aradan qaldırır. Həmçinin həmin tropik meyvə insan orqanizminin qələvi ehtiyatını qoruyur.

Hər gün bir dilim manqo yemək A vitamininin gündəlik miqdarının 25 faizini təmin edir. Bu da yaxşı görməyə səbəb olmaqla yanaşı, gecə korluğu və gözlərin qurumasının qarşısını alır.

Manqo E vitamininin mənbəyi hesab olunur. Bununla yanaşı, tərkibindəki zəngin lif həzm prosesini tənzimləməyə, C və A vitaminin bolluğu isə immun sisteminin sağlam və güclü olmasına kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...