Ermənistanın Gümrü şəhərində toyda 30 nəfər zəhərlənib.
Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə “Dvin” şadlıq sarayının ərazisində baş verib. Yeməkdən zəhərlənmiş vətəndaşların vəziyyətinin yüngül və orta-ağır olduğu xəbər verilir.