Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.