"Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir" | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


"Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir"

Səhiyyə A- A A+

Tədqiqatlar göstərir ki, xəstəliklərin 25 faizinin səbəbi məhz sağlam olmayan ətraf mühitdir. Ətraf mühitin sağlamlaşdırılmasına kömək edə biləcək ən vacib addımlardan birincisi ağac əkməkdir.

Eurasia Diary xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev söyləyib.

Onun sözlərinə görə, ətraf mühitin sağlamlaşdırılması nəticəsində hər il dünyada 13 milyondan çox ölüm hadisəsinin qarşısını almaq mümkündür:

"Ətraf mühitdən daha səmərəli istifadə nəticəsində dünyada malyariyadan baş verən ölüm hallarının 40 faizinin, aşağı tənəffüs yollarının infeksiyalarının səbəb olduğu ölüm hallarının 41 faizinin, diareya xəstəliklərindən baş verən ölüm hallarının isə 94 faizinin qarşısını almaq mümkündür".

Q.Haqverdiyev əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü yalnız təbiətsevərlik deyil, həm də insansevərlikdir. Çünki atmosferin çirklənməsi tənəffüs sistemi xəstəliklərinin əsas səbəblərindən biridir:

"Əgər biz bu xəstəliklərin profilaktikası istiqamətində görülən tədbirləri gücləndirməyə çalışırıqsa, onda "təbiətin ağciyərləri"nə qayğı ilə, diqqətlə yanaşmağımız vacib şərtdir. Bu baxımdan, biz - ictimai səhiyyə mütəxəssisləri ətraf mühitin sağlamlaşdırılması istiqamətində ölkəmizdə irəli sürülən çox vacib və mühüm təşəbbüsü alqışlayır və böyük məmnuniyyətlə bu aksiyada yaxından iştirak etməyi arzulayırıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...