Noyabrın hava proqnozu | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Noyabrın hava proqnozu

Səhiyyə A- A A+

Azərbaycanda 1 noyabrda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Eurasia Diary-ə verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 10-13, gündüz  13-15,  Bakıda gecə 11-13, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.  

 Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...