Noyabrın 28-i polis əməkdaşları Şirvan Şəhər Mərkəzi Xəstəxanasına küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətiriblər.
Bu barədə Səhiyyə Nazirliyindən (SN) Eurasia Diary-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər. Faktla əlqədar müvafiq qurumlara məlumat verilib.