Şərabın inanılmaz faydalarıyla bağlı Həkim məsləhəti +18

Sağlamlıq 23:03 15.12.2019

Nə içməkdən daha çox, nə qədər içmək önəmlidir. 

Eurasia Diary oxuculara Uzman həkim Yalçın Velibəyin qırmızı şərabın faydaları haqqındaki yazısını təqdim edir

Spirtli içki içmək insan sağlamlığı baxımından hər zaman zərərli hesab edilib. Təhlükəli olsa da, bu bir gerçəklikdir ki, bir çox insan spirtli içkilərdən istifadə edir. Spirtli içki içməyin sosial baxımdan zərərləri ayrı mövzudur. Spirtli içki içmək insan sağlamlığına zərərli olsa da, “medalın digər üzünə”baxmaqda da fayda var. Belə ki, bir həqiqət də var ki, spirtli içki içməyin insan sağlamlığına faydaları da var. Ancaq müəyyən miqdara qədər.Bəli, səhv oxumadınız. Bir həqiqət daha var. Bu da ürək-damar xəstələrimizin önəmli bir qisminin verdiyi sualların başında gəlir: “Həkim, mən içki içə bilərəmmi”sualı.

Spirtli içki içmək necə xeyirli ola bilər ki?

Spirtli içki içməyin insan sağlamlığına olduqca zərərli olduğu çox yaxşı bilinir. Ancaq aparılan araşdırmalar sağlam insanlarda hər gün müəyyən miqdara qədər spirtli içki içməyin insan sağlamlığına zərər vermədiyi bir yana, hətta ürək-damar xəstəliklərindən, infarkt keçirməkdən və şəkərli diabetdən qoruduğunu göstərdi. Nəticədə insanlarda ürək mənşəli ölüm riski azalır. Hətta diabetik insanlarda belə, hər gün az miqdarda spirtli içki qəbulu infarkt riskini azaldır. Mən sizə təkcə bir araşdırmanın nəticəsini anlatmıram. Son 30-40 il içərisində bu mövzuda aparılan və müəyyən miqdara qədər spirtli içki içməyin ürək-damar xəstəliklərindən qoruduğunu quvvətli şəkildə sübut edən 50-ə yaxın araşdırmanın nəticələrini anladıram. O araşdırmalar ki, on min, yüz min, hətta milyonlarca insanlar üzərində aparılıb.

Müəyyən miqdara qədər spirtli içki içmək niyə xeyirlidir ?

Hər gün az miqdarda içilən spirtli içki “yaxşı xolesterin” deyə adlandırdığımız HDL xolesterinin miqdarını artırır, qanın laxtalanmasını azaldır. Ayrıca xüsusi ilə də qırmızı şərabda bəzi antioksidant maddələr (xüsusi ilə resveratrolmaddəsi) mövcuddur. Bütün bunlar ürəyi qidalandıran tac damarlarının tıxanması və nəticədə infarkt keçirmə riskini azaldır. Bundan başqa, spirtli içki bədənimizdəki insulinin təsirini artırır.

Bəs hansı içki növləri faydalıdır?

Demək olar ki, bütün içki növləri,xüsusi ilə də şərab, likör, pivə, viski və araq. Bunlar arasında şərabın daha faydalı olduğunu düşünənlər olsa da, digər içki növlərinin ən azı şərab qədər faydalı olduğu sübut edildi. Əvvəllər qırmızı şərabın ağ şərabdan daha faydalı olduğu söylənilsə də, indi bunların bir-birindən çox üstünlüyünün olmadığını bilirik. Amma əslində nə içməkdən daha çox, nə qədər içmək önəmlidir.

Bəs o müəyyən miqdar nə qədərdir?

Gündəmaksimum 150-300 ml (1-2 qədəh) şərab, 350-700 ml pivə, 45-90 ml sərt içki - likör, viski və ya araq içmək sağlam insanlarda ürək-damar xəstəliklərinə tutulma riskini ən azı 20-30 % azaldır.Əgər içmək istəyirlərsə, kişilər gündə maksimum 2, qadınlar isə 1 qədəh spirtli içki içməlidir. Bu miqdardan çox içmək fayda yerinə zərər verir: hipertoniya,beyin iflici,aritmiyalar,ürək çatışmazlığı və diabet. Yəni azı faydalıdır, çoxu zərərli.

Spirtli içki içmək hər kəsə tövsiyyə edilirmi?

Bu suala cavab vermək çox çətindir.


Biz heç içki içməyən istər sağlam, istərsə də ürək-damar xəstəliyi olan insanlara mütəmadi olaraq mütləq müəyyən miqdar spirtli içki içməyi məsləhət görmürük. Yəni içməyən hər kəsə “hər gün müəyyən miqdar spirtli içki için” demək yanlış olar. Çünki müəyyən miqdar spirtli içkinin faydalı olduğunu sübut edən tədqiqatların hamısı müşahidə əsasında (yəni gündəlik həyatda könüllü şəkildə içki içən insanlar üzərində) aparılan araşdırmalardır. Bu araşdırmalarda spirtli içkilərin faydası dərmanların faydaları kimi araşdırılmayıb. Ancaq sağlam insan və ya hər hansı bir ürək-damar xəstəsi içmək istəyirsə və ya spirtli içki aludəçisidirsə, təbii ki, yuxarıda göstərdiyim miqdara qədər spirtli içki içə bilər.

Yalçın Velibey
Uzman həkim

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı